Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına geri dönüb

28.07.2023 - 15:21

Türkiyəli sənətçi Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına geri dönüb.

Məlumata görə, sənətçi yeni mahnısını media mənsublarına iki adda – “Psikiloji’” və “Benim Adım İsyan” kimi təqdim edib.

Qeyd edək ki, sənətçi avqustun 4-də rəqəmsal platformalarda dinləyiciləri ilə görüşəcək.
“Uzun müddət oxumadığıma görə səs tellərim kifayət qədər paslanmışdı. 16 il fasilə verməsəydim, bu müddətdə ən azı 50-60 mahnım çıxardı. Musiqi sektoru rəqəmsala keçəndən sonra insanlar bu sənayedə istədikləri gəliri əldə edə bilmirlər. Biz albom çıxaranda milyonlarla dollar qazanırdıq. Sənətçilər bir-birinə paxıllıq edirlər. Məsələn, gözəl bir bəstəyə qulaq asanda “kaş mən də edə biləydim” deyirəm. Bu, hamımızın təbiətində var. Bəlkə də, dayanmayıb yaxşı mahnılar ərsəyə gətirsəydim, sənətçi dostlarım da daha yaxşısını etməyə çalışardılar. Yeganə peşmanlığım budur”, – deyə Kırmızıgül bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193838

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930