Süleyman Qasımova SOCAR-da yüksək vəzifə verildi

31.07.2023 - 13:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.

Cumhuriyyet.net xəbər verir ki, Süleyman Qasımov həmçinin “Petkim”in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq da fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=193917

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031