Naxçıvan İcra Hakimiyyətində mühüm dəyişikliklər

01.08.2023 - 23:51

Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Cumhuriyyet.net xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Pencalı Yaqub oğlu Hüseynov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Səfər Siyafər oğlu Əhmədov vəzifəsindən azad ediliblər.

Bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. İcra hakimiyyəti başçısının digər sərəncamı ilə Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=194030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031