FETÖ Türkiyə və Azərbaycanda hələ də mövcuddur – Başbuğ

03.08.2023 - 14:52

 

FETÖ Türkiyə və Azərbaycanda hələ də mövcuddur.

Cumhuriyyet.net xəbər verir ki, bunu Report-a açıqlamasında təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşqun Başbuğ deyib.

Onun sözlərinə görə, FETÖ Türkiyədə qurulsa da qruplaşmanı sadəcə bu ölkəyə aid etmək yanlışdır:

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) üzərindən qurduğu və ingilis kəşfiyyat təşkilatı kimi şəbəkələndirdiyi bu qurum digər terror təşkilatlarından çox fərqlidir. Özünü gizlədib, müxtəlif şəkillərə girib təhlükəli fəaliyyətlərlə məşğul olmağı bacarır. Başlıca məqsəd ABŞ-nin daha öncə girə bilmədiyi bütün türk və müsəlman coğrafiyasına müdaxilə etmək idi ki, ilk olaraq Türkiyədən başladı və məktəblər, ticarət quruluşları vasitəsilə buna nail oldu. İngilis dili müəllimləri adı altında CİA agentlərini yerlərdə yerləşdirdi, orada türklüyü və müsəlmanlığı təbliğ etmək adı ilə Qərb təbliğatı apardılar və beyinləri buna proqlamlaşdırdılar”.

Coşqun Başbuğun fikrincə, Türkiyə bu düşünülmüş, hiyləgər layihəni pozub, məhv etməyinə baxmayaraq hələ də təhlükə yaşanmaqdadır:

“Onların oyununu Türkiyə pozdu və hazırda çökmüş vəziyyətdədirlər. Ancaq təhlükə və təzyiq bitməyib”.

Türkiyə Prezidentinin getdiyi bütün ölkələrdə FETÖ ilə bağlı mübarizə təkliflərini bildirdiyini vurğulayan hərbi ekspert bəzi ölkələrin bu mübarizə tədbirlərində fəal olduğunu, bəzilərinin isə təhlükənin ciddiyyətini qəbul etməyib, daha çox zərərə məruz qaldığını deyib:

“Azərbaycan bu məsələdə çox qətiyyətli, qərarlı addımlar atıb. Amma məsələn, Qırğızıstanın görəcəyi çox iş var. Qırğızıstan əvvəldən təkzib etdi, belə bir faktın ölkəsində genişlənməsini qəbul etmək istəmədi. Nəticədə hələ də bunun çətinliklərini yaşayır”.

Onun sözlərinə görə, Kosovada bu il Milli Kəsfiyyat Təşkilatı 6 nəfər FETÖ mənsubu saxlanılaraq Türkiyəyə gətirilib:

“Bundan sonra ölkədə qarışıqlıq yarandı. Prosesdən xəbərsiz olduqları üçün daxili işlər naziri və kəşfiyyat idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. Yəni, hələ də bu ölkədə FETÖ çox təsirlidir. Türkiyə və Azərbaycanda hələ də mövcuddurlar. Azərbaycandakı yeni həbslər də buna misaldır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=194130

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930