Azərbaycana gələn ərəblərin sayı azaldı

03.08.2023 - 15:20

Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

“Ən yüksək artımlar isə Çin (7,2 dəfə), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”, – Bayramov bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194140

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930