Cənub bölgəsində sahibkardan dövlətə şok təxribat: Lənkəranda poçt rabitəsi iflic edildi
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. Qanunsuz tikili aparanlar vətəndaşların hüquqlarını pozmaqla kifayətlənməyib bu dəfə dövlətin strateji obyektinə ziyan vurublar. Lənkərandan cumhuriyyet.az-a daxil olan məlumata görə dünən ərazidə, daha doğrusu binanın arxasında, poçt
şöbəsinin həyətində qazıntı işləri aparılıb. İstirahət günü, hamıdan gizlin aparılan qazıntı işlərinin nəticəsi isə bu gün bəlli olub. Qazıntı zamanı rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alıb.
Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. Bizə daxil olan məlumata görə işin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oglu durur. Bununla bağlı isə növbəti yazımızda…
Short URL: http://www.cumhuriyyet.net/?p=194760