Mingəçevir SES barəsində cərimə protokolu tərtib edildi

22.08.2023 - 16:58

“Azərenerji” ASC Mingəçevir SES silsiləsi (Su elektrik stansiyaları silsiləsi) Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

Cumhuriyyet.net-in Pravda.az-a istinadən xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazıb.
İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=194825

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031