Mayor Ziya Kazımovla bağlı prezidentə müraciət olundu

29.08.2023 - 09:33

Naxçıvan MR Kəngərli rayonunun Qarabağlar kəndindən olan bir qrup ziyalı mayor Ziya Kazımovun cinayət işi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Müracıətin mətnini olduğu kimi təqdim edirik:

” Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevə

Naxçıvan MR Kəngərli rayonunun Qarabağlar kəndindən olan bir qrup ziyalının

Müraciəti

Möhtərəm cənab Prezident İlham Əliyev!

Ali Baş Komandan kimi şanlı ordumuzun qısa bir müddət ərzində böyük qəhrəmanlıqlar göstərərək işğal altında olan torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsinə nail olduğunuz üçün özümüzü xoşbəxt hiss edirik. Azərbaycan xalqının otuz illik Qarabağ həsrətinə son qoyduğunuz üçün Sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Və sevinirik ki, bu qələbənin qazanılmasında kəndimizin yetirməsi mayor Kazımov Ziya Məhəddin oğlunun da payı vardır. O, bu müharibədə həm snayper, həm də xüsusi təyinatlıların komandiri kimi şərəfli bir döyüş yolu keçmişdir. Ziya Cəbrayıl, Hadrut, Füzuli istiqamətlərində gedən ölüm-dirim savaşında öz igidliyi ilə seçilmış, Kənd Horadiz, Nüzgar və digər kəndlər, həmçinin Arazboyu sahələr və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdir.

Xidmət etdiyi 19 il ərzində Ziya Məmmədovun şücaəti, bacarığı dövlətimizin diqqətindən yayınmamış, o, “Fədai”, “Qüsursuz xidmətinə görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” və digər medallar, həmçinin fəxri fərmanlarla təltif olunmuşdur.

İş elə gətirir ki, aldığı birinci yara hələ tam sağalmamış, Ziya Kazımov Şuşa uğrunda gedən son döyüşlərdə, qələbənin bir addımlığında ikən,  ikinci dəfə düşmən mərmisinə tuş gəlir. Ciddi kəllə-beyin zədəsi alan mayor Kazımov  9 noyabr 2020-ci il tarixdə, ağır vəziyyətdə Bakıya hərbi hospitala təxliyə olunur. Elə həmin gün də gözlənilmədən  2017-ci ildə baş vermiş hansısa hadisəyə görə Ziya Kazımov haqqında cinayət işi açılaraq məsuliyyətə cəlb olunur.

Biz Ziya Kazımovun hər hansı bir cinayətdə əli olmasını mümkün hesab etmirik. Ziya Kazımov ziyalı aıləsində dünyaya göz açıb. Atası Kazımov Məhəddin Qənbər oğlu Sizin 17 dekabr 2014-cü il tarixli 931 nömrəli sərəncamınızla 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir.

Möhtərəm cənab Prezident!

Biz şahidik ki, Siz şəhid ailələrinə, qazilərimizə, əsgər və zabitlərimizə həmişə böyük həssaslıqla, diqqət və qayğı ilə yanaşmısınız.

Sizdən xahiş edirik ki, qəhrəmanlığı ilə fəxr etdiyimiz mayor Kazımov Ziya Məhəddin oğlunun barəsində açılan müəmmalı cinayət işinə ədalətlə baxılmasına köməklik edəsiniz.

Sizə əvvəlcədən öz dərin minnətdarlığımızı bidiririk.

 

Əzim Hüseynov

Kənd ağsaqqalı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

 

Mir Tofiq Seyidov

Kəngərli rayonunun axundu

 

Əbülfəz Babayev

Texnika elmləri doktoru, Beynəlxalq Mühəndislər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü

 

Eldar Novruzov

Biologiya  elmləri doktoru, dosent, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü                              

 

Fuad Sadıqov

Kimya elmləri doktoru, professor

 

Fəxrəddin Gülməmmədov

Pediatr, professor

 

Hüseyn Kazımov

Naxçıvan Dövlət Universitetinin Baş müəllimi

 

Abbas Hacıyev

Filologiya elmləri üzrə fəlsəfə doktoru

 

Mənsim Məmmədov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Famil Süleymanov

Azərbaycan Respublikasinin Əməkdar müəllimi

 

Əsgər Qurbanov

2 nömrəli Qarabağlar kənd tam orta məktəbinin direktoru

 

Abbas Bağırov

Şəhid atası

 

Sabir Qasımov

Şəhid atası

 

Rza Əsgərov

Şəhid atası

 

Əsgər Tağıyev

Şair

Aləm Kəngərli

Yazıçı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930