X sosial şəbəkəsində yeni funksiya
X sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask özünün X hesabında məlumat verib.
Məlumata görə, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və PC (personal kompüter) üçün mümkün olacaq.
Qeyd edək ki, tamamilə pulsuz təqdim ediləcək xidmətin konkret nə vaxt aktiv olunacağı açıqlanmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=195191