Fındıq ixracatçılarından şok müraciət: “Gömrükçülər bizə Rusiya büdcəsinə pul ödətdirir”

01.09.2023 - 14:57

Azərbaycandan Rusiyaya fındıq ixrac edən bir qrup sahibkar Gömrük Komitəsinin sədrinə müraciət edib. Surəti cumhuriyyet.az-a göndərilən müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Hörmətli komitə sədri
Sizə 2 səfər müraciət edərək bildirik ki, biz asaqidaki fındıq ixracatçıları gömrük komitəsinin 4.5 ABŞ dolları yarım qiymətləndirdiyi üçün fındıq məhsuluna Rusiya ərazisində 11 min dollar artıq pul vəsaiti ödəyirik.
Nəzərinizə çatdırım ki, Rusiya tərəfi bizə bu məbləği istəmədiyi halda gömrük komitəsinin qoyduqu dəyərə görə məcbur bu pulu özümüz ödəyirik.
Yəni 2.5 ABŞ dolları kiloqramına qiymət olduqda 22 ton fındıq məhsuluna 8800 dollar qarşı firma ilə razilasdirildiqimiz halda 4.5 dollar invoys qiyməti qoyulduqda 19800 dollar ödəyirik.
Hörmətli komitə Sədri biz ixracatçılar sizdən bir sahibkar kimi sual edirik ,
Bizim Rusiya büdcəsinə hər bir fındıq maşınına 11 min dollar artıq odəməyimizin nə kimi Azərbaycan dövlətinə xeyri var? Əyər dövlətimizə xeyri varsa sizdən xahiş edirik invoys məbləği qaldirilmaqla büdcəmizə ödənilməsi lazım olan məbləği biz iki qatını hər fındıq maşınına burda öz dövlətimizin büdcəsinə odəyək. Sizdən xahiş edirik bizim müraciətimizə cavab verin bu Rusiya büdcəsinə ödəniləcək məblədən 11 min dollar artıq ödənilməsinə yol verməyin.
Əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

İbrahimov Cəfər
Hidayətov Zohrab
Ələsgərov Seymur
Bilalov Elman
Abdullayev Azər
Abbasov Səxavət”

Short URL: http://www.cumhuriyyet.net/?p=195277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728