Kəlbəcərdə İşçi Qrupunun iclası başladı

07.09.2023 - 11:24

Kəlbəcərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası işinə başlayıb.

Cumhuriyyet.net xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Bünyad Qasımov, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər vəzifəli şəxslər iştirak edirlər.

Qeyd edilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.

Bu müddət ərzində rayonun enerji təminatının təmin edilməsi istiqamətində bir sıra işlər görülüb, su elektrik stansiyaları və kiçik su elektrik stansiyaları istifadəyə verilib, Kəlbəcər şəhərində təməli qoyulmuş ilk yaşayış məhəlləsinin, orta məktəbin, işğal və zəfər muzeylərinin layihələndirmə işləri, İstisu qəsəbəsində mehmanxana kompleksinin və su istehsalı zavodunun tikintisi sürətlə davam etdirilməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930