Hakimlər Aidə Hüseyn və Raquf Qurbanov Bank of Bakunun vəkili rolunda– İnam Kərimova sensasion müraciət

13.09.2023 - 13:09

“Azər-Kuban” MMC-nin direktoru Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib. Müraciətin bir surəti də Reportyor.info-nun redaksiyasına daxil olub.

Bank of Baku mötəbər sübutları görməzdən gəlir

İş adamının şikayəti “Bank of Baku” ASC ilə aralarında olan kredit mübahisəsində məhkəmələrin ədalətli mövqe tutmaması ilə bağlıdır.
Səyyad Əsgərov yazır ki, “Azər-Kuban”, “Azər-Aqro” MMC-lərə “Bank of Baku” ASC-nin vasitəsi ilə Sahibkarlığın İnkişafı Fondundan saxlama anbarları tikintisi üçün 2,5 milyon manat kredit ayrılıb.
Ayrılan kredit məbləği verildiyi təyinata uyğun istifadə edilib, anbar tikintiləri vaxtında tikilib. Həmçinin kredit öhdəlikləri vaxtından əvvəl tam bağlanlb. Bununla bağlı bankın hesabdan çıxarış sənədləri, Sahibkarlığın İnkişafı Fondunun borcun bağlanması ilə bağlı rəsmi məktubu, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 noyabr 2016-cı il tarixli 10831, 25 may 2017-ci il tarixli 198 saylı, 07 may 2019-cu il tarixli 9316 saylı Ekspert Rəyləri, Bakı Apelliyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2-1(103)-08/2017 saylı, 24.07.2019-cu il tarixli 2-2(103)-84/2019 saylı “Borcalanların” xeyrinə çıxarılmış ədalətli məhkəmə qətnamələri var.
Lakin bank bu qədər mötəbər sübutlara baxmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təkrar Əlavə Kassasiya şikayəti verib: “Plenumda bankın şikayətinə baxılaraq, Ali Məhkəmənin 5 fevral 2020-ci il tarixli 2-2(102)-15/2020 saylı qərarı qəbul edilərkən, qərarın əsaslandırıcı hissəsinin, 10-cu səhifəsində, 5-ci abzasda “Borcalanın” məhkəmə vasitəsi ilə ekspertiza mərkəzinə təqdim etdiyi, bankın isə “saxta” adlandırdığı 225 ədəd bank mədaxil qəbzlərinin təkrar baxışı zamanı araşdırılması məcburi olaraq tapşırılmasına baxmayaraq, (hansı ki, həmin qəbzlərin üzərindəki tarixlər, məbləğlər, təyinatların hamısı bankın bütün hesablarından çıxarış sənədlərində öz əkslərini birə-bir tapmışdır həmin qəbzlərin üzərindəki bank kodları saxtalaşdırılmış, qəbzlərin üzərindəki sıralamaları, təyinatları təhrif edilərək, ödənilmiş məbləğlər mübahisələndirilən kreditlərə deyil, öhdəliyi çoxdan bağlanmış, Mərkəzi Bankın Kredit Reyesteri Xidmətində öz əksini tapmayan naməlum kreditlərə silinmişdir) məruzəçi hakim Raqif Qurbanov özünü tamamilə bankın vəkili kimi aparıb, Ali Məhkəmənin bu məcburi və xüsusi tapşırıqlarına məqsədli qaydada, əhəmiyyət verməyərək bankın xeyrinə çıxardığı qərəzli və natamam qətnaməsini ləğv edib 4-cü dəfə apelliyasiya icraatına qaytarıb.
4-cü apelliyasiya icraatı zamanı iş məruzəçi hakimi Aida Hüseynin icraatına verilib. Sonuncu icraat zamanı da məruzəçi hakim Raqif Qurbanov AR MPM-nin 420-ci maddəsini məqsədli qaydada pozaraq çıxardığı qətnamənin ləğvi üçün Ali Məhkəmənin çıxardığı qərarında əsas göstərilən xüsusi və məcburi tapşırıqları yenə də araşdırmadan, sədrliyindən sui istifadə edərək məruzəçi hakim Aida Hüseynə, bankın xeyrinə təkrar qərəzli və natamam qətnamə çıxarmağa təsir göstərib.
Belə ki, Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsinin 81-ci paraqrafında 3-cü apelliyasiya icraatı zamanı əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi xüsusi və məcburi tapşırıldığı bir halda, bu halın məqsədli qaydada icra edilmədiyi, 85-ci və 86-cı paraqrafda isə ekspertiza Mərkəzi ilə Auditorlar Palatasının auditi ilə birgə araşdırılaraq Vahid Rəyin əldə edilməsi, 87, 88 paraqraflarda isə yalnız tərəflərin razılığı və seçimlərinə əsasən bunlar nəzərə alındıqdan sonra Azərbaycanda fəaliyyət göstərən (“Emst & Yang Holdings”, “Bi-Vi”, “Grant Thornton” LTD, “Deloitte” və sair) xarici audit firmalarının biri vasitəsi ilə “Audit Rəyinin” əldə edilməsi göstərilib”.
Bankın səlahiyyətli şəxsləri dövlət qurumlarına niyə etibar etmir?
İş adamı yazır ki, 4-cü apelliyasiya icraatında hazırlıq iclası zamanı “Azər-Aqro”, “Azər-Kuban” MMC-lərin nümayəndəsi Ali Məhkəmənin 81, 85, 86 paraqraflarındakı xüsusi və məcburi göstərişinə əsaslanaraq Ekspertiza Mərkəzi ilə Audit Palatasının “Vahid Rəyinin” əldə edilməsi, eyni zamanda bankın ödəniş qrafiklərində, bank mədaxil qəbzlərinin tərtibi zamanı bankın saxta bank kodu ilə, saxta təyinat, saxta imza, saxta qəbz və saxta sıralaması ilə Mərkəzi Bankın hesabatında olmayan kreditlərin adına silinmələrin aparılması kimi, eləcə də bank hesablarından çıxarış sənədlərinin bank tərəfindən ödəniş qrafikini özbaşına pozaraq cinayət əməli törədərək saxtalaşdırılması ilə bağlı işin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bacarıqlı və təcrübəli tədqiqatçılar tərəfindən araşdırılıb yekun Rəy verilməsini məhkəmədən xahiş edib:
“Bankın nümayəndələri isə çıxış edərkən nə Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə, nə Azərbaycan Auditorlar Palatasına, nə də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə etibar etmədiklərini söyləyərək, yalnız ümüdlərinin “Deloitte” xarici audit firmasına qaldığını və elə bu xarici firma vasitəsi ilə “Audit Rəyi” əldə edilməsi üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. (Fakt fasiləsiz audio, video çəkiliş kosetləri)
Hakim Aida Hüseynli də bir anlığa özünü məhkəmə iclasında olmasını unudaraq “Mən də “Deloitte” xarici audit firmasının vasitəsi ilə Rəy verməsini istərdim” deyə söyləyib.
Hakim Aida Hüseynin hələ müşavirə otağına keçməzdən əvvəl öz mövqeyini bankın vəkili kimi açıq-aydın nümayiş etdirdiyinə, eləcə də Ali Məhkəmənin qərarında 87, 88-ci paraqraflarında xarici Audit yoxlaması ilə bağlı yalnız hər iki tərəfin birgə seçimi və razılıqları əsasında nəzərə alması şərti ilə bağlı xüsusi tapşırıqlarını pozduğuna görə, bankın təklifinə və məhkəmə tərkibinə “Borcalanın” nümayəndəsi rəsmi olaraq məhkəmə iclasında etiraz ərizəsi verib.
Məruzəçi Hakim Aida Hüseyn isə sədri Raqif Qurbanovun sifarişi ilə “Borcalanın” etiraz ərizəsini təmin etməyərək, bankın məhkəmə iclasındakı çıxışı zamanı təklif etdiyi, “Deloitte” firması vasitəsi ilə Audit Rəyinin verilməsi üçün 28 yanvar 2022-ci il tarixli məhkəmə qərarı çıxarıb.
Bundan başqa, hakim Aida Hüseyn də, sədri Raqif Qurbanov kimi məhkəmə iclasları zamanı tərtib edilmiş iclas protokollarını bankın xeyrinə təhrif edib.
“Deloitte” LTD xarici audit firması isə məhkəmənin 28yanvar 2022-ci il tarixli məhkəmə qərardadını icra etməkdən imtina edib, dəfələrlə məhkəmə tərəfindən ona təzyiqlər göstərməsinə baxmayaraq xarici Audit Rəyinin əldə edilməsi ilə bağlı məhkəmənin çıxardığı qərarın icrası baş tutmayıb.
Hakim Raqif Qurbanov “Deloitte” xarici audit firmasının məhkəmə qərardadınin icrasına etiraz etdikdən sonra vəzifə səlahiyyətini aşaraq, məruzəçi hakim Aida Hüseynin əvəzinə Auditorlar Palatasının rəhbərliyinə qeyri-səmimi məktub ünvanlanyıb. Məktubda guya Ali Məhkəmənin vacib tapşırığına görə “Bank of Baku” ASC-ni yerli auditlə deyil, hər hansı bir xarici audit firmalarından biri ilə audit rəyi əldə edilməsini xahiş edib.
Audit Palatasının rəhbərliyi də hakim Raqif Qurbanovun “səmimi”liyinə inanıb, Azərbaycandakı bütün xarici audit firmalarına məhkəmə qərarının icrası üçün rəsmi müraciət edib. Bir sözlə xarici “Audit Rəyi”nin əldə edilməsi ilə bağlı məhkəmənin çıxardığı 28 yanvar 2023-cü il tarixli qərardadı bir ay müddətində icra edilməli olduğu halda, 9 ay ərzində icrası baş tutmayıb”.

Məhkəmə qərardadı 9 ay icrasız qalıb

İş adamının sözlərinə görə, 9 ay ərzində məhkəmə qərardadı icrasız qaldığını görə “borcalan” tərəf Ali Məhkəmənin bu işlə bağlı son qərarında 86-cı paraqrafda göstərilən məcburi tapşırığa istinad edərək Azərbaycan Respublikasının Auditorlar Palatasının Dövlət Sifarişlərinin icrasına icazəsi olan auditlə 2 sentyabr 2022-ci il tarixində müqavilə bağlayıb. Auditorlar Palatasının Dövlət Sifarişlərinin icrasına icazəsi olan audit 28 yanvar 2022-ci il tarixində məhkəmənin qərarı ilə xarici audit firması qarşısında qoyulmuş bütün 18 sualın hamısının cavablandırılaraq, bankın “borcalana” 1 530 317 manat borcunun olduğunu sübuta yetirən audit rəyi verib: “Lakin hakim Aida Hüsey 2 sentyabr 2022-ci il tarixli Ali Məhkəmənin qərarında 86-cı paraqrafın göstərişinə əsasən hazırlanmış audit rəyini iş materiallarına əlavə edilməsindən qərəzlı şəkildə imtina edib.
“Borcalan” məcbur olub təcili poçt vasitəsi ilə 2 sentyabr 2022-ci il tarixli audit rəyini Bakı Apelliyasiya Məhkəməsinə məruzəçi hakim Aida Hüseynin adına rəsmi göndərib.
Hakim Aidə Hüseyn isə 21 oktyabr 2022-ci il tarixində (9 aydan sonra) özünün xarici audit qarşısında qoyduğu 18 sualdan işin vacib canı olan 17 sualı təzədən ləğv edərək təklikdə heç bir hüquqi əhəmiyyəti olmayan cəmi 1 sualı saxlayıb. Həmin sualın da cavablandırılması ilə bağlı məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə qərəzli və gülünc doğuran qərar çıxarıb.
Hakim Aida Hüseyn Ali Məhkəmənin qərarında 81-85-86 paraqraflarında Audit Rəyi əldə edilməsi ilə bağlı göstərişlərinə hörmətsizlik nümayiş etdirərək, Azərbaycan Respublikası Auditorlar Palatasının verdiyi 2. Sentyabr 2022-ci il tarixli “Audit Rəyini” bütün məhkəmə proseslərində gizlədib.
Buna baxmayaraq “Borcalanlar” məhkəmənin gedişinə kömək məqsədli ilə 2 sentyabr 2022-ci il tarixli “Audit Rəyini” Ədliyyə Nazirliyinin məhkəmə hüquq şurasına və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzin göndərib.
Lakin, hakim Aida Hüseyn, Sədri Hakim Raqif Qurbanovun təsirinə düşərək Ali Məhkəmənin 5 fevral 2020-ci il 2-2(102)-15/2020 saylı və 19 may 2021-ci il tarixli 2-2(102)-151/2021 saylı Qərarları ilə göstərilən xüsusi tapşırıq və vacib məcburi göstərişlərə məhəl qoymadan AR MPM-nin 420-ci və 418.1-ci maddələrini,məhkəmə təcrübəsinin vahidliyini,özbaşlarına pozmuşlar.Belə ki, 2 apelliyasiya qətnaməsi, Ədliyyə Nazirliyinin 4 dəfə keçirilən Ekspert Rəyləri “Borcalanların” xeyrinə Rəy verməsini, eyni zamanda Ali Məhkəmənin bu işlə bağlı sonuncu qərarında 86-cı paraqrafda xüsusi tapşırıq və məcburi göstərişin əsasında əldə edilmiş Rəyə görə bankın “Borcalana” 1536317 manat əmanətdə olan əsas və ona hesablanmış faiz gəlirlərinə görə borcu yaranmasını sübut edən 02.09.2022-ci il tarixli Audit Rəyinin olmasına, hətta kreditin verən Sahibkarlığın İnkişafı Fondunun rəsmi məktubu ilə “Borcalanın” “Bank of Baku” ASC-yə heç bir borcunun olmaması və kredit öhdəliklərinin tam bağlanması ilə bağlı məktub olmasına baxmayaraq bankın xeyrinə natamam və qərəzli, gülünc doğuran qətnamələr çıxarıblar”.
Sahibkar sonda Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlar aparmasına toxunaraq qeyd edib:
Hörmətli İnam Kərimov!
Əminik ki, məhkəmə-hüquq sistemində son vaxtlar möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb.Eyni zamanda ölkə başçısının sizi Ali Məhkəmənin sədri vəzifəsinə təyin etməsi bizdə bir daha əminlik yaradır ki, fəaliyyətiniz dövründə Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə nəzarəti gücləndirəcək, bu kimi mülki prosessual qanunvericiliyə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsinə, süründürməçilik, o cümlədən mümkün sui-istifadə hallarının qarşısının alınmasına, ədalət meyarı yalnız haqqa, insanpərvərliyə, humanizmə tapınan hakimlərin prinsipial fəaliyyətinə kolgə salan Aida Hüseyn və Sədri Raqif Qurbanov kimi hakimlərin barəsində layiq olduqları cəzanı verməklə, ədalətin bərqərar olmasını təmin edəcəksiniz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195659

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031