Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror

15.09.2023 - 15:56

İranda saxlanılan tələbəmizlə bağlı iranlı həmkarımla danışıqlar aparmışıq və müsbət nəticələr əldə ediləcək.

Cumhuriyyet.net xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev İranda saxlanılan tələbəmizlə bağlı sualı cavablandırarkən deyib.

“Bu məsələni həmkarım İranın Baş prokuroru ilə müzakirə etdik. Detalları barədə məlumat vermək istəməzdim. Onu deyə bilərəm ki, bu məsələ müzakirə edilib və ümid edirik ki, müsbət nəticələr əldə olunacaq”.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.

19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195726

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930