Şəhid Fərid Nəbiyev Qazaxda izdihamla torpağa tapşırılıb

21.09.2023 - 21:51

Sentyabrın 21-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – Nəbiyev Fərid Kamran oğlu doğulduğu Qazax rayonunun Nəriman Nərimanov qəsəbəsinə gətirilib və dəfn olunması üçün nənə-baba yurdu olan Qazax rayonunun Yuxarı Salahlı kəndində aparılıb. 

Şəhidimizin ruhuna dua oxunduqdan sonra nəşi yaylım atəşi altında uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.

Şəhidimizin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.

Mediaxeberleri.Az xəbər verir ki, şəhidin dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri,  icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri  minlərlə rayon sakini iştirak edib.

Allah rəhmət eləsin.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195972

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031