Ədalət Şükürovun 71 minlik telefonu – FOTO
Əməkdar artist Ədalət Şükürov bahalı telefonunu nümayiş etdirib.
Cumhuriyyet.net Axşam.az-a istinadən xəbər verir ki, hava limanında olan müğənni telefonunun şəklini çəkərək, instaqram hesabında yayımlayıb.
“Xor” brendinə məxsus olan telefon “Titanium” və “Gold” olaraq iki versiyada satışa çıxarılıb. Ə.Şükürovun paylaşdığı modelin qiyməti rəsmi saytda 39 min 720 avro (71 min 778 manat) göstərilib. Telefonun arxa hissəsi dəri ilə örtülüb.
Qeyd edək ki, sözügedən markaya məxsus telefonlar 5, 7, 12, 25, 31 min avroya satışa çıxarılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=196019