80 saylı orta məktəbdə Xalq şairi ilə görüş keçirilib

05.10.2023 - 17:18

Bu gün Bakıxanov qəsəbəsi 80 saylı tam orta məktəbdə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilib. Görüşü məktəbin tarix müəlliməsi Aytən Sərdarlı aparıb. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra aparıcı Sabir Rüstəmxanlının həyat və yaradıcılığı haqqında çıxış edib. Daha sonra çıxışı edən məktəbin direktoru Təranə Müzəffərova xalq şairi ilə görüşün məktəb kollektivi üçün böyük bayram olduğunu bildirib. T.Müzəffərova Sabir Rüstəmxanlının həm şair, həm də ictimai-siyasi xadim kimi müstəqil Azərbaycanın tarixində müstəsna yer tutduğunu və onunla canlı ünsiyyətin şagirdlər üçün böyük önəm kəsb etdiyini deyib. Məktəbin ədəbiyyat müəllimi Rasimə Abbasova da çıxışında S.Rüstəmxanlının bütün Türk Dünyasın milloi ruh şairi olduğunu qeyd edib. Daha sonra Sabir Rüstəmxanlının həyat və mübarizəsini əks etdirən videoçarx nümayiş olunub, şagirdlər Xalq şairinin şeirlərini səsləndirib.  Sabir Rüstəmxanlı məktəb kollektivi qarşısında geniş çıxış edib. O çıxışında Azərbaycanın istiqlal yolu haqda danışaraq hər zaman bu günkü qələbə günlərinə inamdan bəhs edib: “Ən ağır anlarda belə mən bu millətin gücünə, ruhuna inanmışam və inanmışam ki, bir gün dünya mütləq Türkün gücünü görəcək. Biz Şuşaya, Xankəndinə getdiyimiz kimi bir gün, Göyçəyə, Zəngəzura, Təbrizə də gedəcəyik. Sizlərin də bu inama sahib olmanızı və bu inamın gerçəkləşməsi üçün dünyanın elm yarışında öndə olmanızı istəyirəm”.  Sonda xalq şairi tədbir iştirakçılarının suallarını cavablandırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=196193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031