Aslan Kəmərli yadigarının qəbirüstü abidəsi qoyuldu – FOTO
“Qazax” Xeyriyyə İctimai Birliyinin ilk sədri, şair Aslan Kəmərlinin oğlu Tural Mustafazadənin qəbirüstü abidəsi qoyulub.
Mediaxeberleri.Az xəbər verir ki, qəbirüstü abidə artıq Kəmərli qəbrstanlığında Tural Mustafazadənin qəbri üzərində quraşdırılıb.
Xatırladaq ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin ilk sədri, şair Aslan Kəmərlinin oğlu Tural Mustafazadə oktyabr ayının 8-də qəfil ürək tutmasından dünyasını dəyişib. Mərhumun nəşi oktyabr ayının 9-u Qazax rayonunun Kəmərli kənd qəbristanlığında torpağa tapşırıldı.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun tapşırığına əsasən İctimai Birliyin Qazax və Ağstafa rayonlarında yaşayan üzvləri dəfn mərasimində iştirak etdilər. Mərhumun ruhuna ehtiram əlaməti olaraq İctimai Birliyin adından məzarı önünə əklil qoyuldu.
İlham Pirməmmədovun təklifi ilə Tural Mustafazadənin məzar daşı “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlandı.
Qeyd edək ki, noyabr ayının 17-də 40 mərasimidir. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri 40 mərasimində iştirak edəcəklər. Allah rəhmət eləsin.
Short URL: http://www.cumhuriyyet.net/?p=196926