Mediaxeberleri.Az-ın in gündəmə gətirdiyi məsələ həllini tapdı: Qazax rayon 28 saylı “Yol İstismar” MMC-nin direktoru Kərəm Məmmədrzayevin qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
Mediaxeberleri.Az-ın əməkdaşı Elnur Quliyev araşdırıb tənqid etdi, məsələ öz həllini tapdı. Mediaxeberleri.Az xəbər verir ki, İctimai fəal Elnur Quliyev Qazax rayon 28 saylı “Yol İstismar” MMC-nin direktoru Kərəm Məmmədrzayevin fəaliyyəti ilə bağlı yaydığı xəbərlərdən sonra aidiyyəti qurumlar sakinlərin narazılığına səbəb olan həmin problemləri aradan qaldırır.
Qeyd edək ki, Qazax Rayon Polis Şöbəsində Kərəm Məmmədrzayevin barəsində material toplanılaraq Qazax Rayon Prokurorluğuna göndərilib. Hazırda Baş Prokurorluqda şəxs barəsində araşdırma aparılır. Görünən odur ki, ictimaiyyəti narahat edən bu cür problemlərin həlli əslində mümkündür və o qədər də çətin deyilmiş. Mediaxeberleri.Az məsələyə yenidən qayıdacaq, Qazax rayon 28 saylı “Yol İstismar” MMC-nin direktoru Kərəm Məmmədrzayevin fəaliyyəti ilə bağlı problemin də aradan qaldırılması məsələsini gündəmdə saxlayacaqdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=197116