Bərdəyə umac ova bilməyib ölkəyə əriştə kəsmək istəyən Zahid Orucun seçki taktikası: utanmasan oynamağa nə var ki… – VİDEO

05.01.2024 - 12:25

Tarixdə belə ironik mənzərə yoxdur: millət vəkili və heç zaman prezident olmaq istəməyən Zahid Oruc yenə prezidentliyə namizədliyini irəli sürüb. Nə demək olar? Qanun hər bir vətəndaşa seçkiyə qatılmaq imkanı tanıyır. Necə ki məscidlərin də qapısı açıq olur və… ateistlər də bura daxil ola bilər. Amma gəlin görək Gədəbəy rayonunda anadan olan Orucov Zahid Məhərrəm oğlu 20 ildən artıqdır Bərdə rayonuna necə deputatlıq edib ki, indi ölkəyə prezidentlik etmək istəyir? Ümumiyyətlə, onun seçki barədə çıxışı tarixi-Nadir hadisədir ki, prezidentliyə namizəd olaraq xalqı rəqibinə səs verməyə çağırır. Hətta Şimali Koreyada belə absurd presedent çətin tapıla…
Bir tərəfdən də hörmətli Zahid müəllim intellektual bir insandır, yüksək erudisiya və potensiala malikdir. Həqiqətən də dərin bilik və təhlil qabiliyyəti olan deputatdır, amma seçicisi üçün yaxşı millət vəkilidir demək çətindir. Çünki hörmətli Zahid müəllimin deputatı olduğu Bərdə rayonunda fəaliyyəti daha çox seçicilərin problemləri ilə məşğul olmaq deyil, “Lider” tikinti materialları mağazasının və ”Soyuqbulaq” istirahət mərkəzi yaxınlığındakı istixanaların gündəlik işlərinə vaxt ayırmaq olub. Onun istər deputat, istərsə də STM sədri kimi səlahiyyəti çatır ki, millət vəkili olduğu Bərdə rayonunda problemləri, şikayətləri öyrənsin, qurumun əməkdaşları sorğu keçirsin, camaatı narahat edən məsələlər dilə gətirilsin. Amma ötən 20 il ərzində bunu görməmişik. Deputat bərdəlilərin üzləşdiyi qanunsuzluqları dilə gətirmək, rayon icra hakimiyyəti başçısının yol verdiyi özbaşınalıqları qabartmaq, ən azı Strateji Tədqiqatlar Mərkəzinin hesabatında qeyd etmək imkanı olsa da, indiyə qədər üzərindən sükutla keçməyə üstünlük verib. Səbəbi Çörçilin məşhur “siyasətdə daimi dostlar olmur, maraqlar olur” ifadəsində axtarmaq lazımdır. Nədən ki, Bərdənin icra başçısı Vidadi İsayevlə Zahid Oruc məhz maraqlar, siyasi konyunktura naminə bir-birini əzməyiblər.
Dövlətin beyin mərkəzi hesab olunan bir quruma rəhbərlik edən şəxsin düşüncələri, siyasi təhlilləri də bəzən cəmiyyətə ziyanlı fikirlər aşılayır. Zahid Orucun Vətən Müharibəsindən bir müddət öncə iki əsrlik düşmən dövlətin vəkilliyini edərək “Türk ordusunun Azərbaycana gəlişi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirir” kimi Türkiyəni ittiham edən zərərli mövqeyi cəmiyyətdə ciddi etirazla qarşılanmışdı. Və bu fikrin müəllifi Azərbaycanın prezidenti olmaq istəyir. Təsəvvür edirsinizmi, Zahid Oruc prezidentliyi dövründə Bakı-Ankara əlaqələri necə “inkişaf” edəcək? Biz təsəvvür etmirik, çünki prezident olmayacaq. Ona görə ki, yeganə namizəddir ki, alternativinə səs verməyə çağırır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031