Gürcü kilsəsində Stalini təsvir edən ikona peyda olub

07.01.2024 - 10:36

Gürcüstanın Tsminda Sameba məbədində Stalini təsvir edən ikona tapılıb…

Poliqon xəbər verir ki, bu barədə gürcü tarixçisi və siyasətçisi Giorgi Kandelaki öz Facebook səhifəsində yazıb. Kandelaki bildirib ki, Tbilisidə Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedrali) İosif Stalinin ikonası peyda olub.

Tarixçi müvafiq videonu dərc edib. Kadrlarda ikonanın işarələnməsi səhnələrindən birində Stalinin ikonası görünür.

Videonun altındakı paylaşımda müxalifətçi Stalini “Gürcüstanın müstəqilliyinin məhv edilməsinin təşəbbüskarı” adlandırıb və onu ruhaniləri təqib etməkdə ittiham edib. O, həmçinin ikonanın peyda olmasını “Rus informasiya müharibəsi maşınının uğuru” ilə əlaqələndirib.

“Rusiya informasiya maşınının daha bir uğuru, diqqət çəkməyin vaxtıdır”, deyə Kandelaki yazıb

Short URL: http://www.cumhuriyyet.net/?p=197221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031