Ukrayna Krımı Rusiya üçün “dar edir” – Yarımadada bir neçə hədəfə zərbələr endirilib

07.01.2024 - 12:59

Ukrayna Silahlı Qüvvələri artıq bir neçə gündür ki, işğal olunmuş Krımda Rusiya hərbi obyektlərinə ağır zərbələr endirməkdə davam edir. Yarımadada bir neçə hədəf uğurla vurulub.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.

ISW Rusiya mənbələrinə istinadla yazır ki, yanvarın 5-dən 6-na keçən gecə Ukrayna 4 “Storm Shadow” qanadlı raketi ilə işğal olunmuş Sakidə (Krım) Rusiya aerodromunun inzibati binasını vurub.

Rusiya Müdafiə Nazirliyi həmin vaxt bildirmişdi ki, Rusiya qüvvələri yanvarın 5-dən 6-na keçən gecə Qara dəniz və Krım üzərində beş Ukrayna PUA-sını və dörd raketi, yanvarın 6-da isə Qara dənizin şimal-qərb hissəsində Ukraynaya məxsus 6 “Neptun” raketini məhv edib.

Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşşuk isə Saki aerodromuna uğurlu zərbənin hədəfini göstərən peyk şəkillərini dərc etmişdi.

 

Bundan əlavə, Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi yanvarın 4-də Rusiyanın Saki aerodromunda radar mövqelərinə və Qrişino yaxınlığındakı silah-sursat anbarına uğurlu zərbə endirdiyini elan edib.

İSW-nin hesabatında deyilir: “Ukrayna və Rusiya hesabatları göstərir ki, Ukrayna raketləri və PUA-ları işğal olunmuş Krımda Rusiyanın hava hücumundan müdafiə sistemlərinə nüfuz edir və bəzi hədəfləri uğurla vurur”.

Kremlə bağlı olan Rusiyanın tanınmış hərbi müxbirləri də Ukrayna qüvvələrinin işğal olunmuş Krım üzərində Rusiyanın hava hücumundan müdafiə sistemini zəiflətmək məqsədi ilə zərbələr endirdiyini etiraf ediblər.

Analitiklər yazır ki, Ukrayna qüvvələri həmçinin Rusiyanın Krımda hava hücumundan müdafiə əməliyyatlarının əlaqələndirilməsinə cavabdeh olan Yevpatoriyadakı hava hücumundan müdafiə radar sisteminə və rabitə mərkəzinə, Pervomaysk yaxınlığındakı sursat anbarlarına (Simferopoldan 82 km şimalda) və Sevastopol yaxınlığındakı Rusiya komandanlıq məntəqəsinə zərbələr endirib.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197246

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829