İcra başçısı BDU-nun Qazax filialında payız semestrinin qış imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb

10.01.2024 - 09:20

Bu gün əminliklə deyə bilərik ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə elm və təhsilin inkişafına göstərdikləri qayğı, bu istiqamətdə imzalanan çoxsaylı fərman və sərəncamlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar.

Son dövrlər Qazax rayonunda müəllim və şagirdlərə, ali təhsil ocağında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin mütəmadi olaraq filialın professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin bariz nümunəsidir.

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2024-cü il yanvarın 7-dən başlayıb.

Yanvarın 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hər zaman olduğu kimi, bu dəfə də Bakı Dövlət Universitetinin Qazax filialında olub, imtahanlarda iştirak edən tələbələrlə görüşüb, imtahanın gedişatı ilə maraqlanıb.

Filialın direktoru, dosent Arif Rüstəmov keçirilən imtahan barədə ətraflı məlumat verərək bildirib ki, 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası artıq dünəndən başlayıb. Yanvarın 7-dən start verilən imtahanlar əsasən yazılı, qismən şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçirilir. Direktor 16 ixtisas üzrə keçirilən qış imtahan sessiyasında 1765 tələbənin iştirak etdiyini vurğulayıb. Gün ərzində imtahanlarda orta hesabla 350-400 nəfər tələbənin iştirak etdiyini bildirib. Əyani təhsil alan I kurs tələbələrinin 22 qrupda 129, II kurs tələbələrinin 20 qrupda 116, III kurs tələbələrinin 16 qrupda 94, IV kurs tələbələrinin 16 qrupda 96, V kurs tələbələrinin isə 4 qrupda 17 imtahan verəcəklərini qeyd edib. Qiyabi təhsil alan I kurs tələbələrinin 4 qrupda 18, II kurs tələbələrinin 4 qrupda 21, III kurs tələbələrinin 4 qrupda 20, IV kurs tələbələrinin 4 qrupda 20, V kurs tələbələrinin 4 qrupda 16 imtahanda iştirak edəcəklərini söyləyib. Ümumilikdə, 98 qrup üzrə 547 imtahanın keçiriləcəyini diqqətə çatdırıb. Filialda eyni zamanda, təhsil alan magistrlərin də sessiya ərzində 8 ixtisaslaşma üzrə 15 qrupda 89 imtahan verəcəklərini bildirib.

A.Rüstəmov qış imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işlərinin görüldüyünü, nəzarətçi müəllim-koordinatorların siyahısının təsdiq olunduğunu, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradıldığını, imtahanların nəticələrinin imtahan keçirilən gün tələbələrə elan olunduğunu söyləyib. Həmçinin, imtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyasının formalaşdırıldığını, eyni zamanda, filialda “Qaynar xətt”in də fəaliyyət göstərdiyini qeyd edib. Filialın direktoru imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları cavablandırdığını vurğulayıb. BDU-nun Qazax filialında qış imtahan sessiyasının şəffaf və obyektiv keçdiyini, sessiyanın fevral ayının 12-dək davam edəcəyini bildirib.

 

İcra başçısı imtahanların keçirildiyi auditoriyalarda olub, tələbələrlə görüşüb, onlarla səmimi söhbət edib. Rayon rəhbəri respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğının onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən fərman və sərəncamların gənclərin gələcəkdə öz karyeralarını qurmalarında böyük əhəmiyyət kəsb etdiyini bildirib. Filialın fəaliyyətindən söz açan rayon rəhbəri bugünkü imtahanların şəffaf şəkildə keçirildiyini bildirib. Rayon rəhbəri imtahanların şərtləri, tələbələri maraqlandıran sualları və onlara yaradılan şəraiti elə tələbələrin öz dillərindən eşidib.

 

Bugünkü imtahanlarda iştirak edən tələbələr söylədikləri fikirlərlə, verdikləri dolğun və əhatəli cavablarla filialda imtahanların şəffaf və obyektiv şəkildə keçirilməsini bir daha sübut ediblər. Tələbələr imtahanları rahat şəraitdə vermələri üçün onlara hər cür şərait yaradıldığını qeyd ediblər. Bu gün təhsil sahəsinə olan diqqət və qayğının bariz nümunəsini BDU-nun Qazax filialında gördüklərini bildiriblər. Buna görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər. Bu gün onlarla olan səmimi görüşə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

 

Rayon rəhbəri tələbələrlə səmimi söhbət edərək onlara müstəqil Azərbaycanın savadlı, intellektli gəncləri kimi gələcəkdə çalışdıqları sahələrdə öz töhfələrini vermələrini tövsiyə edib və imtahanlarda uğurlar arzulayıb. Azərbaycan dövlətinin öz gələcəyini savadlı gənclər üzərində qurduğunu söyləyib və gənclərin daha böyük nailiyyətlər qazanacaqlarına əminliyini vurğulayıb.

 

Filialın direktoru Arif Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü növbəti səfərinə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197359

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829