Sankt-Peterburqda dəhşətli yanğın: Alovlanan anbarlarda minə yaxın insan qalıb – VİDEO

13.01.2024 - 13:51

“Wildberries” (Vilberries) onlayn pərakəndə satış mağazasının Sankt-Peterburq yaxınlığında anbarı yanır. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin artıq 50 min kvadratmetri keçdiyini açıqlayıb.

Yanğın başlayan zaman “Wildberries” anbarında minə yaxın insan olduğu bildirilir. Yanğın gecə və gündüz işçiləri arasında növbə dəyişikliyi zamanı baş verib. Sosial şəbəkələrdə binadan qaçan anbar işçilərinin görüntüləri yayılıb.

Rusiya mətbuatı yazır ki, anbar kompleksinin yandırılması yanğının ilkin versiyalarından biri kimi nəzərdən keçirilir.

78.ru telekanalının məlumatına görə, yanvarın 10-da axşam bu anbarın binası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib. Telekanalın məlumatına görə, “Wildberries” şirkətinin əməkdaşı olan 33 yaşlı Azərbaycan vətəndaşı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, 35 yaşlı işsiz Tacikistan vətəndaşı da yaralanıb. Onun barəsində cinayət işi açılıb.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=197545

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031