Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19.01.2024 - 15:46

GDU-nun nəzdində Regional Kollecdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İlk öncə Kollecin direktoru dos. İlqar Kubışov və əməkdaşlar 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

Sonra tədbir iştirakçıları 20 Yanvar qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Giriş sözü ilə çıxış edən Kollecin direktoru İlqar Kubışov qeyd edib ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan tarixinə təkcə bir faciə günü kimi deyil, xalqımızın əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub. Ulu öndər Heydər Əliyev bəyan etmişdir:

20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir”

Bu hadisədən 34 il keçsə də törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir.Sonra çıxış edən kollecin tarix müəllim Vüqar Cahangirov bildirib ki, bu gün xatirəsini daim əziz və uca tutduğumuz bütün şəhidlərimizin ruhu şaddır.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi və siyasi bacarığı, qüdrətli ordumuzun rəşadəti, xalqımızın möhkəm birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qarabağ zəfəri ilə şəhidlərimizin intiqamı alınıb, onların qanı yerdə qalmayıb.

Sonda tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

DOSYE.ORG

           

Short URL: http://www.cumhuriyyet.net/?p=197885

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031