İcra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub

25.01.2024 - 09:51

Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi hər bir dövlət məmuruna örnək olmaqla bərabər, həm də gələcək fəaliyyətində yol xəritəsi olmalıdır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri, qayğı ilə yanaşmaları bir daha onu sübut edir ki, həyata keçirilən tədbirlərin, atılan bütün addımların arxasında vətəndaş məmnunluğu dayanır.

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman örnək götürülür. Dövlət başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr rayonda olduğu kimi icra edilir. Həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması, ən əsası da illər öncə qoyulan ənənənin bu gün də davam etdirilməsi bu dediklərimizin bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları, məcburi köçkün ailələri ilə yanaşı, sərhəddə yaşayan sakinlərə də daim qayğı ilə yanaşılır. Rayon rəhbəri mütəmadi olaraq sərhəddə yerləşən kəndlərdə olur, sakinlərlə görüşərək onları hər zaman diqqət mərkəzində saxlayır.

Yanvarın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonda qarın yağması səbəbindən sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub, sakinlərin qayğıları, hansı çətinliklərinin olub-olmaması ilə maraqlanıb. Kəndlərdə qazın və elektrik enerjisinin verilişində olan mövcud vəziyyəti öyrənib, yolların təmizlənməsi ilə əlaqədar görülmüş işlərlə tanış olub.

Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri dövlətin, ölkə başçısının hər zaman onların yanında olduğunu diqqətə çatdırıb. Bugünkü gəlişin kökündə də vətəndaş məmnunluğunn dayandığını söyləyib. Rayon rəhbərliyinə kəndlərdə istər qaz, istərsə də elektrik enerjisi ilə bağlı hər hansı bir problemin olmadığı, yolların qreyder vasitəsilə səhər saatlarından təmizləndiyi və qum səpildiyi bildirilib.

Sakinlər onlarla görüşə gəldiyinə, qayğıları ilə maraqlandığına və göstərdiyi qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198010

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829