Eybəcər davranışlı məmur övladları, nəvələri – onlar kimlərdir…

30.01.2024 - 11:33

Afiyəddin Cəlilovun anormal hərəkətlər edən nəvəsi xəstəxanaya yerləşdirildi; zaman-zaman məşhur şəxslərin uşaqlarının, qohumlarının adı bu şəkildə, neqativ planda diqqət mərkəzinə gəlir

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri müzakirələrə səbəb olub. Yoldan ötən yaşlı qadını qucağına alaraq havaya qaldıran yeniyetmənin videosu yayılandan sonra davranışları tənqid edilib. Eyni zamanda yeniyetmənin kim olduğu da üzə çıxıb. Sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin terror nəticəsində qətlə yetirilmiş dövlət xadimi Afiyəddin Cəlilovun nəvəsidir. 9-cu sinif şagirdi olan nəvəyə babasının adı verilibmiş – Əli-Afiyəddin Nihad oğlu Cəlilov. Yeniyetmə bundan əvvəl də yaşlı insanlara qarşı belə cəmiyyət tərəfindən qəbul edilməyən, ümumi qəbul olunmuş davranış qaydalardan kənar hərəkətlər edib, üstəlik, bu hərəkətlərini videoya çəkməklə sosial şəbəkə üzərindən yayması barədə də xəbərlər var.   

Qeyd edək ki, Əli-Afiyəddin Nihad oğlu Cəlilovun babası Afiyəddin Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Yeniyetmənin atası Nihad Cəlilov Bakıda tanınan iş adamlarındandır, “Armada Distrubition” adlı şirkətin rəhbəridir. 2022-ci ildə Nihad Cəlilovun adı da 6 min manatlıq vergi borcunun olmasına görə gündəmə gəlmişdi.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yetkinlik yaşına çatmayan A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunub. Musavat.com xəbər verir ki, bu barədə APA-ya DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Qeyd olunub ki, valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub…

Azərbaycanda zaman-zaman məşhur şəxslərin övladlarının, nəvələrin adı bu şəkildə, neqativ planda diqqət mərkəzinə gəlir. 

Əli Həsənovun nəvəsi özünə yeni vəkil tutub - Günün Səsi

Məsələn, 2017-ci ilin avqustunda o zaman baş nazirin müavini olan Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtoqəza törətmişdi. O zaman N.Allahverdiyev şəhərin mərkəzində “Gelandewagen” markalı avtomobili ilə  Mirməhəmməd İsmayılovun sürdüyü Az 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobili ilə yarışmışdı və nəticədə dəhşətli avtoqəza meydana gəlmişdi. Yüksək sürətlə hərəkət edən Nail Allahverdiyevin avtomobili “VAZ-21015″ markalı maşını arxadan vurmuş, nəticədə idarəetməni itirmişdi. Baş nazirin müavininin nəvəsinin avtomobili beton yolayrıcını aşıb, o biri yola çıxaraq piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub, daha sonra maşın binanın fasadına çırpılaraq yanmışdı. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə Nail Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişiblər. Tekiş cütlüyü isə ağır xəsarət alıb.  Nail Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin edib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. 2019-cu ildə isə baş nazirin müavini Əli Həsənovun iki nəfərin ölümü ilə nəticələnən qəzanı törədən nəvəsi N.Allahverdiyev barəsindəki məhkəmə qərarı dəyişib. Ali Məhkəmə onun üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb. Nail Allahverdiyevə 3 il sınaq müddəti müəyyənləşdirilib. 2021-ci ildə Türkiyə mediasına açıqlama verən Tekiş cütlüyü hələ də sağalmadıqlarını, Nail Allahverdiyevin yaxınlarının onları aldatdıqlarını, müalicə olunub ayağa qalxmaları üçün yardım göstərmədiklərini bildirmişdi.

Oğluna görə işdən çıxarılan » Yenixeber.org - Oxu, xəbərin olsun

2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşının və nəvəsinin ölümü ilə nəticələnmiş qəza törədib.

Bu səbəbdən o, 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. O, hadisə zamanı sərxoş olub. Hadisədən iki gün sonra isə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib. Xalid Mədətov 2017-ci ilin martında əfv edilib.  Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Nicat Abdullayev 2014-cü ilin oktyabr ayında avtoxuliqanlığa görə saxlanılması ilə gündəmə gəlmişdi. O zaman Xəzər Rayon Məhkəməsi onu 20 gün inzibati həbslə cəzalandırıb. 2016-cı ilin aprel və may aylarında isə mətbuatda onun Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinlərinin şikayətləri barədə məlumat dərc edilib. Nicat Abdullayevin eyvandan həyətə şüşə butulkalar, qablar atdığı iddia edilib. Eyni ilin may ayında, yol polisinin təqibindən sonra süni tıxac yaratdığı və avtoxuliqanlığa görə ona 20 gün müddətinə inzibati həbs cəzası verilməsi barədə xəbərlər yayılıb.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829