Eldar Əzizov, Əziz Əzizov, yoxsa Şəhərsalma Komitəsi: məhəlləni mühasirəyə alan kimlərdir? – FOTOLAR
“Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), Suraxanı rayon İcra Hakimiyyəti və Şəhərsalma Komitəsi bu özbaşınalığı görmür, yoxsa onlar tikinti şirkətləri ilə arxa qapıdan sövdələşdikləri üçün özlərini görməzliyə vururlar? Axı, niyə bir məhəllədə bir balaca boş yer qoymurlar ki, uşaqlar yayda oynaya, yaşlılar rahat gəzə bilsinlər? Bu qədər özbaşınalıq olarmı? Bu qədər binaların arasını yeni tiklillərlə doldurub havasızlıq yaratmaq olarmı? Nədir axı bu acgözlük?”.
Bu sözləri Mia.az-a Bakı şəhəri, Suraxanı rayonunu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 7 ünvanında məmurların tikinti şirkəti ilə qoşalaşaraq yol verdikləri özbaşınalığa etiraz edən məhəllə sakinləri deyiblər. Onlar Mia.az vasitəsi ilə ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya müraciət edərək, BŞİH rəhbəri Eldar Əzizov, rayon icra başçısı Əziz Əzizov və Şəhərsalma Komitəsinin rəhbərliyinin qanunsuz əməllərinin qarşısını almağı xahiş ediblər:
“Əminik ki, burada içində ağaclar və uşaqların oynadığı meydança da (aşağıda şəkildə işarələnib) olan ərazisinin tikinti şirkəti özbaşına zəbt edə bilməz. Ərazini hasarlayan şirkət rəhbəri də keçmiş vəzifəli şəxsdir. Şübhəsiz ki, o, Bakı Şəhər İcra Hakimiyyəti, Suraxanı rayon İcra Hakimiyyəti və Şəhərsalma Komitəsi ilə hansısa formada dil tapıb. Ki, sakinərin rahatlığına məhəl qoymadan ərazini hasara alır. Seçki qabağı əhalinin kûtləvı narazılıgına səbəb yaradan bu məmurlar, yəni, bu qədər nəzarətsizdir ki, harada gəldi şəxsi qazancları üçün tikinti aparır?! Bəs bu boyda sakinlərin haqqı, hüququ yoxdurmu?!
Cənab prezident, buradakı qaunsuzluq, yəni məhəllə sakinlərinin istirahət etdiyi ərazi düz Suraxanı rayon Mənzil Kommunal Təsərrüaftı Birliyinin (MKTB) qarşısındadır. Bizə deyirlər ki, bu özbaşınalığı Nəsimi rayonunun sabiq MKTB rəisi Laçın Mustafayev aparır. Daha dəqiqi, ona məxsus “Günəş” MTK adlı şirkət burada yaşayış binası tikib satacaq. İddia olunur ki, o, buranın icra başçısı Əziz Əzizovun vasitəçiliyi ilə bütün əlaqədar qurumların gözünü “yumub”. Açığı, Əziz Əzizovun nə qədər pula həris olduğunu bilirik, ancaq biz Eldar Əzizov və Şəhərsalma Komitəsinin bu qədər həris olduqlarını düşünmürük. Əgər əksidirsə, o zaman hər iki quurmun rəhbərləri də bu qanunsuzluğa görə cəzalandırılmalıdır. Bizə maraqlıdır, görəsən, adını çəkdiyimiz bu məmurların ailələrinin yaşadığı məhəllədə bu cür hoqqa verilərsə, onlar necə davranar?”.
Short URL: http://www.cumhuriyyet.net/?p=198325