Şahin Seyidzadəyə şok korrupsiya ittihamı -İÇƏRİŞƏHƏRƏ DAXİL OLAN AVTOMOBİLLƏRDƏN YIĞILAN PULLARDAN TUTMUŞ…

02.02.2024 - 20:55

““İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə bu dövlət qoruğunu şəxsi biznes obyektinə çevirib.

İçərişəhərdə yaşayan insanların problemləri, tələbləri onun üçün heç bir əhəmiyyət kəsb etmir.

İçərişəhərə daxil olan avtomobillərdən gün ərzində yığılan 8 min manat vəsait rəsmiləşdirilmir. Bundan başqa İçərişəhərdə baş tutan film çəkilişləri və digər tədbirlərdən alınan vəsaitlər də mənimsənilir”.

Bu sensasion iddia ilə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ağsaqqallar Şurası sədrinin müavini Saləddin Allahverdiyev Gununsesi.info-ya müraciətində çıxış edib.

Saytımıza müraciət edən Saləddin Allahverdiyev bildirib ki, Qoruqda baş verən neqativ halları Şahin Seyidzadəyə məktublar şəklində yazsa da heç bir tədbir görülməyib.

İçərişəhər ağsaqqalının “GününSəsi”ə müsahibəsini təqdim edirik:

Video Oynadıcı

00:00
02:58

Redaksiyadan: Bu iddialarla bağlı Qoruğun mətbuat katibliyinə ünvanladığımız sorğu cavabsız qaldığından qarşı tərəfin mövqeyini işıqlandıra bilmədik.

Elmar Elnuroğlu 

Gununsesi.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198389

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930