“Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin miqyasına görə dünyanın qabaqcıl dövlətlərindəndir”

05.02.2024 - 14:50

Səmyar Abdullayev: “Biz buna görə Prezident İlham Əliyevə, Heydər Əliyev siyasi kursuna borcluyuq”

 

Artıq uzun illərdir ki, Azərbaycan dünya arenasında sosial dövlət kimi tanınmaqda, bu sahədə ciddi uğurları ilə diqqət çəkməkdədir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, digər kateqoriyadan olan əlillərə göstərilən dövlət qayğısı öz miqyasına, davamlılığına və dinamik inkişafına görə digər ölkələrdən fərqlənir. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Azərbaycanda həssas kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğı ilə bağlı bəzi məqamları şərh etməyə çalışdıq.

 

-Səmyar bəy, bu gün Azərbaycan bütün dünyada sosial dövlət kimi tanınmaqdadır. Bilmək istərdik ki, sosial dövlət siyasətinin Azərbaycan modelini necə xarakterizə edərdiniz?

 

-Azərbaycanın beynəlxalq aləmdə sosial dövlət kimi tanınmasının bəlli səbəbləri var və heç şübhəsiz ki, ölkəmizin bu cür tanınması əsassız deyil. Hər şeydən öncə qeyd etmək istərdim ki, Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin miqyasına, növ və çeşidinə görə bütün dünyada liderdi. Bu gün dünyada elə bir dövlət yoxdur ki, şəhid ailələrinə, əlillərə bunca davamlı və əhatəli xidmət göstərsin, onların rifahı, təminatı ilə bağlı ən xırda detalları belə nəzərə alsın. Bu yanaşma yalnız və yalnız Azərbaycandadır və bu baxımdan hesab edirəm ki, ölkəmizin bu məsələdə dünya lideri kimi tanınması tamamilə ədalətlidir.

 

-Ölkəmizdə həssas kateqoriyadan olan vətəndaşların rifah və rahatlığının ən xırda incəliklərinə kimi nəzərə alındığını qeyd etdiniz. İstərdik ki, bu nüansı bir qədər ətraflı izah edəsiniz.

 

-Fikrimi izah etmək üçün konkret nümunələr gətirmək istəyirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ildən etibarən yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxsləri yaşadıqları ünvanlarda da (səyyar) reabilitasiya xidmətləri ilə təmin edir. 2022-ci ildən 2024-cü ilin əvvəlinə kimi əlilliyi olan 1700-ə yaxın şəxsə yaşadıqları ünvanlarda reabilitasiya xidmətləri göstərilib. Yəni bu şəxslər öz yaşayış yerini tərk etmədən dövlətin onlar üçün müəyyən etdiyi xidmətlərdən rahatlıqla yararlanıblar. Yəni öz vətəndaşının rahatlığını düşünən Azərbaycan əlil vətəndaşların işini asanlaşdırmaq üçün onlara səyyar xidmətlər təklif edir. Bu xidmətlərdən yararlanmaq üçün vətəndaşın sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə, yaxud da Dost Mərkəzlərinə müraciət etməsi yetərlidir. Onlar həmçinin Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməklə də bu imkandan yarralana bilərlər. Yəni vətəndaşın rahatlığı üçün dövlət onu hansısa inzibati binaya dəvət etmir, əksinə, özü onun evinə gedir, ona yerindəcə lazımi xidmətləri göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan sosial dövlət kimi həqiqətən də unikal ölkədir və dünyanın bu məsələdə bizdən öyrənməli olduğu çox şeylər var.

 

-Səmyar bəy, şəhid ailələrinə olan dövlət qayğısı ilə bağlı hansı məqamları vurğulamağı daha vacib hesab edirsiniz?

 

-Əslində şəhid ailələri ilə bağlı hər bir məqam, onlarla bağlı həyata keçirilən hər bir proqram olduqca vacibdir və qürurvericidir ki, dövlətimiz bu istiqamətdə böyük uğurlara imza atıb.

 

Nümunə üçün qeyd edim ki, təkcə 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 17,4 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb. Hansı ki, həmin şəxslərdən 339 nəfəri şəhid ailələrinin üzvləri, 1695 nəfəri müharibə iştirakçıları, 1408 nəfəri əlilliyi olan, o cümlədən 320 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan  şəxslər, 1246 nəfəri keçmiş məcburi köçkünlər, 2973 nəfəri gənclər olub. Bugünə qədər isə bütövlükdə 78,7 min nəfər özünüməşğulluq proqramına cəlb olunub ki, onların arasında şəhid ailələri və həssas kateqoriyadan olan digər şəxslər mühüm yer tutub.

 

Şəhid ailələrinin, əlilliyi olan şəxslərin mənzillə təminatı ilə bağlı da mühüm işlər görülüb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib. 2023-cü ildə 150, ümumilikdə isə 7600-dəna rtıq avtomobil müharibə əlillərinə verilib. 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

 

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 326 min xidmət göstərilib ki, bu da kifayət qədər ciddi rəqəmdir.

 

-Şəhid ailələrinə, eləcə də həssas kateqoriyadan olan şəxslərə edilən sosial ödəmələrlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

 

-Dövlətimizin bu istiqamətdə atdığı addımlar da digər istiqamətdə gördüyü işlərə adekvatdır.

 

Şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 2007-ci ilin 1 yanvar tarixindən etibarən ölkəmizdə şəhdi ailələrinə ayda 600 manat məbləğində Prezident təqaüdü verilir. Son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb.

 

Bütün bunlar Azərbaycanın sosial dövlət kimi öz yolunda inamla irəlilədiyini, hər bir vətəndaşına sahib çıxdığını, hər bir insanın rifahını düşündüyünü göstərir.

 

-Sizcə dövlətimizin yürütdüyü sosial siyasətin qorunub saxlanılması, daha da genişlənməsi hansı amillərdən asılıdır?

 

-Hesab edirəm ki, bu, ilk növbədə cari ilin 7 fevral tarixində keçiriləcək prezident seçkilərindən, bu seçkilərin bilavasitə nəticəsindən asılıdır. Bu baxımdan mən bütün vətəndaşlarımızı seçki prosesində aktiv olmağa, bu seçkilərdə fəallıq göstərməyə səsləyirəm. Biz seçkilərdə fəal iştirak etməklə bütün dünyaya göstərməliyik ki, öz dövlətimizin sabahına, onun gələcəyinə biganə deyilik və bu gələcəyin formalaşmasında bilavasitə iştirak edirik.

 

Mən əminəm ki, xalqımız bu seçkilərdə bir daha öz prezidentinə sadiqlik sərgiləyəcək, Müzəffər Ali Baş Komandanı dəstəkləməklə gələcək inkişafını təmin edəcək. Çünki bu gün hər kəs aydın dərk edir ki, Azərbaycanın inkişafı, onun gələcək uğurları bilavasitə İlham Əliyev faktorundan asılıdır. 30 illik erməni işğalına son qoyan, Azərbaycanı sadəcə Ermənistanla deyil, bütün ermənipərəst dünya ilə müharibədən qalib çıxaran Müzəffər Ali Baş Komandanın bundan sonra da xalqımızı inamla yeni zəfərlərə aparacağı şübhəsizdir. Sosial ədalətin davamını istəyiriksə, o zaman Ilham Əliyevin namizədliyi dəstəkləməliyik.

 

İnanıram ki, bütün vətəndaşlarımız kimi həssas kateqoriyadan olan insanlarımız da seçkilərdə fəal iştirak edəcək, öz seçimləri ilə Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcəklər.

 

-Səmyar bəy, seçkilərdə gözdən əlil vətəndaşların aktivliyi ilə bağlı gözləntiniz nədən ibarətdir?

 

– Bu gün ölkəmizdə 50 minə yaxın gözdən əlil mövcuddur. Onların 7 fevral seçkilərində iştirakı üçün Brayl əlifbalı trafaretlər artıq Cəmiyyət tərəfindən çap edilərk MSK-ya verilib və məntəqələrə paylanılacaq.

 

Ölkəmizdə gözdən əlillərin gizlin səsvermə hüququ təmin olunub. Onlar heç kimin köməyi olmadan seçkilərə qatılaraq istədikləri namizədə səs verirlər. Azərbaycan dünyada gözdən əlil vətəndaşların seçki hüququnu tanıyan öncül ölkələrdən biridir. Qarşıdakı prezident seçilərində digər vətəndaşlarımız kimi gözdən əlil vətəndaşlarımız da aktiv iştirak edəcək və Ilham Əliyevin namizədlərini dəstəkləyəcəklər.

 

 

Seymur ƏLİYEV

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198400

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829