Qazaxda seçici fəallığı müşahidə edilir

07.02.2024 - 18:20

109 saylı Qazax seçki dairəsinin 9 saylı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı ilə davam edir.

Məntəqə sədri Nizami Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, məntəqədə 1187 seçici qeydə alınıb. Onlardan 20 nəfər ilk dəfə səs verəcək. Seçicilərdən 10 nəfərin evinə məntəqə seçki komissiyasının üzvləri tərəfindən daşınan seçki qutusu aparılacaq.

Ümumiyyətlə, 109 saylı Qazax seçki dairəsi üzrə 41 məntəqə var. Bu məntəqələrdə, ümumilikdə, 49414 seçici qeydə alınıb. Dairə üzrə 3642 nəfər ilk dəfə səs verəcək. 18 yaşı tamam olan seçicilərin sayı isə 87 nəfər təşkil edir. Dairə üzrə 10 məntəqəyə veb-kamera quraşdırılıb. 5 seçicinin yaşı 100-dən çoxdur.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=198412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031