Qazaxda “Dini radikalizmin fəsadları” mövzusunda dəyirmi masa keçirilib

15.02.2024 - 22:40

Fevralın 15-də Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Dini radikalizmin fəsadları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəsi Əziz Məsmalıyev, Qazax Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Həmid Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, müəllim və tələbələr, könüllülər iştirak ediblər.

Öncə xurafatla mübarizəyə həsr olunan “Oxu!” adlı sənədli film nümayiş etdirilib.

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəsi Əziz Məsmalıyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə həm dövlətin, həm də xalqımızın qarşısında duran ən vacib vəzifələrdən biridir. Dini radikalizmlə mübarizə işinin təşkilində əsas məsələlərdən biri də maarifləndirmə işidir. Yeniyetmə və gənclərimiz məlumatlı olarsa bu kimi xoşagəlməz halların qarşısı vaxtında alınar.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov çıxış edərək “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə ətraflı məlumat verib. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyib. Bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə Qazax Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Həmid Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin tələbəsi, gənc könüllü Turxan Əliyev mövzu ilə bağlı geniş çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198513

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930