Əli Kərimli gəncləri #talanason mitinqinə çağırdı

28.03.2015 - 23:10

“Gənclərimiz öz talelərinə sahib çıxmalı, bu anti-xalq siyasətinə “dur!” deməlidir”

Əli KərimliƏli KərimliAXCP sədri Əli Kərimli gəncləri Milli Şuranın aprelin 5-nə planlaşdırdığı “Talana son” mitinqinə çağırıb. Əli Kərimli bu barədə “Facebook” səhifəsində yazıb: “Bəli, 5 aprel mitinqi ilk növbədə gəncliyin mitinqi olmalıdır.

– Azərbaycanda təhsil alan tələbələrin 76 faizi pullu təhsil alır. Deməli, gənclərimiz dövlətin yox, valideynlərinin hesabına oxuyur. Həm də ölkəmizdə təhsil haqqı bizdən müqayisəyəgəlməz dərəcədə varlı olan Avropa ölkələrində olduğundan da yüksəkdir;

– Hər il təqribən 10 min nəfərə qədər gənc test imtahanlarında ali məktəblərdə pullu təhsil almaq hüququ verən keçid balını toplasa da, valideynlərinin pulu olmadığı üçün ali təhsil ala bilmir;

– Ölkəmizdə pulsuz təhsil faktiki ləğv edilib. Orta məktəb təhsilinin pulsuz olması da illüziyadır. Həmin pulsuz təhsilin gücünə indi universitetlərdə yer qazanmaq mümkün deyil. Valideynlər repititorlara xeyli pul xərcləməli olurlar ki, övladları müvafiq balı toplayıb, ali təhsil ala bilsin;

– Xaricdə təhsil almaq üçün olduqca az gəncə şərait yaradılır və təəssüf ki, bu iş də siyasi nəzarətə götürülüb;

– Mövcud ipoteka proqramları ilə ölkə gənclərinin mənzil problemi həll edilə bilməz. Təkcə hökumətin “Latsio” futbol klubuna verəcəyi 40 milyon avro ilə il ərzində İpoteka üçün ayrılmış vəsaiti 2 dəfə artırmaq olardı. Yəni, 100 minlərlə gəncin göz dikdiyi İpoteka fonduna

ayrılan vəsait hökumətin bir “Latsio” klubuna verəcəyi pul qədərdir.

– İşsizlik üzündən bu ölkəni tərk edən milyonlarla azərbaycanlının əksəriyyəti də gənclərdir;

– Ən vacibi, bu ölkədə gənclərin özlərini inkişaf etdirmək və reallaşdırmaq imkanları yoxdur. Gənclərə qayğı hökumətin prioritetləri arasında deyil. Təsəvvür edin ki, 10 minlərlə gəncin valideynlərindən təhsil haqqı adı ilə toplanan vəsaitdən bir neçə dəfə artıq pulu hökumət Bakıya gələcək avropalı idmançılara cibxərcliyi kimi ayıracaq.

Hakimiyyətin özünə və əcnəbilərə münasibətdə israfçıl və bədxərc, gənclərimizə münasibətdə isə tam əksinə biganə və xəsis yanaşması gənclərimizin həyatını günü-gündən çətinləşdirir. Üstəlik manatın ucuzlaşması və onun yaratdığı sosial gərginlik bu çətinliyi daha da artırır.

Gənclərimiz öz talelərinə sahib çıxmalı, bu anti-xalq siyasətinə “dur!” deməlidir. İnanıram ki, bu ölkədə “Talana son!” tələbini ən uca səslə və kütləvi şəkildə məhz Azərbaycan gəncliyi səsləndirəcək. 5 aprel saat 15:00-da İnşaatçılar metrostansiyası yanındakı “Məhsul” stadionunda təşkil edəcəyimiz razılaşdırılmış mitinqə gəlin, “Talana son!” deyin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=19887

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031