Sumqayıtda “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib

03.03.2024 - 20:18

Moderator.az xəbər verir ki, Sumqayıtda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treninq Mərkəzi, TƏBİB və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib.

Tədbir iştirakçıları öncə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Müxtəlif ixtisaslı həkimlərin iştirak etdiyi konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, deputat Müşfiq Məmmədli çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir.

Qeyd edib ki, son illər bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, həyata keçirilən cərrahi əməliyyatlardan bəhs edib. Vurğulayıb ki, bu kimi konfransların təşkili səhiyyənin daha da inkişafına öz töhfəsini verəcək.

Konfrans M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov tərəfindən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında icra edilərək 300-ə yaxın iştirakçı üçün zala translyasiya edilən canlı cərrahiyyə ilə işinə başlayıb.

Plenar iclasla davam edən konfransda professorlar Qurbanxan Müslümov, Rəşad Mahmudov, İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Emil Muxtarov, Fərid Rəfiyev, Nicat Alışov və Cavanşir Vahabov tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən təqdimatlar edilib və iştirakçılarla bərabər səmərəli müzakirələr təşkil edilib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=199018

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930