Paşinyana müxalif olan Gorus merinin atası 362 min dollara 7 “qızıl” nömrə aldı…-FOTOLAR

11.03.2024 - 15:07
“İrəvanda “qızıl” avtomobil nömrələrinin hərracı 28 fevral 2024-cü il tarixində başa çatıb. Sonradan məlum olub ki, hər kəsin istədiyi 00 OO 000 nömrə də daxil olmaqla, 7 nömrə 156 milyon drama(təxm. 362 min ABŞ dolları) satılıb”. Moderator.az xəbər verir ki, bunu yazan “Hraparak” nəşri avtomobil nömrələrinin konkret kim tərəfindən alındığının bu gün məlum olduğunu bildirib.
Qeyd edilir ki, “qızıl” nömrələri  “Arsan” MMC alıb.  “Araşdırma nəticəsində Ermənistan Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət reyestrindən öyrəndik ki, “Arsan” MMC  Gorus şəhərinin meri Aruş Aruşanyanın atası, MMC-nin direktoru Qaqik Samveli Aruşanyana məxsusdur. “Hraparak”la söhbətində Aruşanyan avtomobil nömrələrini özünün aldığını inkar etməyib və jurnalistləri bu barədə ona sual verməməyə çağırıb”,- erməni nəşri belə yazır.
Xatırladaq ki,  Azərbaycana qarşı qatı revanşist və irqçi mövqeyi ilə seçilən Gorus meri Aruş Aruşanyan illərdir ki, Ermənistan baş naziri Paşinyana müxaLif mövqedədir. Hətta 44 günlük müharibədən sonra bir neçə dəfə o, hökumət başçısının və ya onun xanımının Gorusda təşkil olunmuş görüşlərini pozmağa da nail olub…

Short URL: http://www.cumhuriyyet.net/?p=199167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728