Beyləqanda pulsuz göz müayinələri – “GÖZ TIRI” YOLA ÇIXDI

02.06.2024 - 20:34

Badam Medical Centerin səyyar klinikası iyunun 3-dən 17-dək Beyləqanda olacaq. Klinikanın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün doktorinfo.az-a verdiyi məlumata görə, məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır.

Beyləqan Rayon İcra Hakimiyyəti və Badam Klinikasının birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq BADAM Medical Centerdə peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək.

Müayinələri tibb ocağının NUR Göz Mərkəzinin həkimləri edəcək. Səyyar klinika İcra Hakimiyyəti binasının qarşısında dayanacaq.

Əlavə məlumat almaq istəyənlər 0553525571, 0125386699, *6699 nömrələrinə zəng edə bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200917

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930