Baş həkimin müavini açıqlama yaydı
“Mənimlə ədavəti olan kim(lər)sə bilərəkdən vicdansızlıq edərək, məqsədli şəkildə facebook sosial şəbəkəsində adımdan səhifə açaraq, xəbərdə adıçəkilən xanımla yazışaraq, məni ictimaiyyət arasında rüsvay etmişdir”
Redaksiyamızın email ünvanına Xocavənd MRX-nın baş həkim müavini Fovzi Tahirov tərəfindən qarşı tərəf kimi öz mövqeyini işıqlandırmaq üçün məktub gəlib. Həmin məktubu olduğu kimi yayımlayırıq:
Xocavənd Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Fovzi Tahirov tərəfindən bir çox saytlarlarda haqqında yayılmış əsassız xəbərlərlə bağlı açıqlama
Hörmətli jurnalistlər!
Bu gün bir yaxın dostum mənimlə əlaqə saxlayaraq bildirdi ki, bir sıra saytlarda haqqında rüsvayedici xəbər yayımlanıb. Dərhal xəbər saytlarında haqqımda yayımlanmış xəbəri oxuyub dəhşətə gəldim. Odur ki, haqqımda yayılmış həmin xəbərə, qarşı tərəf kimi öz mövqeyimi verməklə, işıqlandırmağınızı xahiş edirəm
Nəzərinizə çatdırım ki, uzun illərdir ki, səhiyyə sahəsində çalışıram. Öz savadıma və bacarığıma güvənərək, baş həkimin müavini vəzifəsinə qədər ucalmışam. İşlədiyim bu illər ərzində həmişə cəmiyyətimizə, öz el-obama, əlimdən gələn köməkliyi əsirgəməmişəm. Mənə üz tutub kömək istəyən hər bir insana öz yardımımı etmişəm. Bu gün də öz işimdən məmnunam. Qeyd edim ki, işlərimlə əlaqədar vaxt imkanım və marağım olmadığından facebook sosial şəbəkəsindən istifadə etmirəm. Odur ki, jurnalist Gülnaz Qənbərli ilə həmin şəbəkədə yazışmadan xəbərim yoxdur. Sadəcə olaraq mənimlə ədavəti olan kim(lər)sə bilərəkdən vicdansızlıq edərək, məqsədli şəkildə facebook sosial şəbəkəsində adımdan səhifə açaraq, xəbərdə adıçəkilən xanımla yazışaraq, məni ictimaiyyət arasında rüsvay etmişdir.
Mən adımdan səhifə açıb, yazışan vicdansız(lar)ın tapılıb, cəzalandırılması üçün, hüquq mühafizə orqanlarına müraciət etmişəm. Xəbərdə adı qeyd olunan həmin hörmətli xanım jurnalistə də müraciət edərək, xahiş edirəm ki, əgər onun mənim səmimi açıqlamama şübhəsi varsa, o da öz adından hüquq mühafizə orqanlarına müraciət etsin.
Hörmətli jurnalistlər!
Açıqlmamı olduğu kimi dərc etməyinizi xahiş edirəm
Dərin hörmətlə: Fovzi Tahirov
Short URL: http://www.cumhuriyyet.net/?p=20116