Naxçıvan Muxtar Respublikası-100: Bakı İdman Sarayının təşkilatçılığı ilə İdman Döyüş Növləri Festivalı keçirilib

24.06.2024 - 12:25

Xəbər verildiyi kimi, 21-23 iyun 2024-cü il tarixlərində Bakı İdman Sarayında Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalı keçirilib.

“İki sahil” xəbər verir ki,  Festivalın 1-ci günü, iyun ayının 21-də ayrı-ayrı döyüş növləri üzrə idmançıların yarışları ilə eyni zamanda  Festivalının açılış mərasimi  də baş tutub. Açılış mərasimində şəhid ailələri, qazilər, Gənclər və İdman Nazirliyinin, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin təmsilçiləri, Milli Məclisin üzvləri, Azərbaycan Karate Federasiyasının, digər idman döyüs növləri federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəvi hərbi okestrinin müşayiəti ilə federasiya, assosiasiya və ictimai birliklərin idmançılarının təntənəli paradı baş tutub.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra İdman Döyüş Növləri Festivalı üzrə Təşkilat Komitəsinin sədri, Bakı İdman Sarayının İdman şöbəsinin müdiri Yavər Hüseynov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, bu möhtəşəm təşəbbüsü dəstəkləyib, həyata keçirən Bakı İdman Sarayının direktoru Əli Əsgərovun adından İdman Döyüş Növləri Festivalının təntənəli açılış mərasiminə qatılan qonaqları salamlayıb, onun xoş sözlərini Festival iştirakçılarına çatdırıb. Gənclər və idman naziri Fərid Qayıbovun xüsusi dəstəyi ilə belə bir mühüm kütləvi idman tədbirinin baş tutduğunu vurğulayan Y.Hüseynov bildirib ki, təşkilatçı Bakı İdman Sarayının direktoru Əli Əsgərov dövlət başçısının müvafiq Sərəncamını rəhbər tutaraq Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş Festivalın yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tapşırıqlarını verib, hərtərəfli dəstək, diqqət və qayğı göstərib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Milli Məclisin üzvləri Jalə Əliyeva, Vüqar İskəndərov, Fazil Mustafa, Sadiq Qurbanov, habelə Azərbaycan və Türkiyənin yazıçılar birliklərinin üzvü, “Milan Hospital”ın təsisçisi və rəhbəri Xuraman Muradova, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin rəisi Xəzər İsayev, Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul və digərləri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinin təntənəli şəkildə qeyd edilməsinin, eyni zamanda belə bir möhtəşəm tədbirin keçirilməsinin önəmindən, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən bəhs ediblər.

Fəxri qonaqların və döyüş idman növləri sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edən şəxslərin xüsusi mükafatlarla təltif edilməsi müxtəlif idman növləri üzrə federasiya və idman təşkilatları üzvlərinin nümunəvi çıxışları, rəqs kollektivlərinin, o cümlədən “Öncə Vətən deyənlərə salam olsun” İB-nin kompozisiyaları ilə müşayiət olunub.

Xatırladaq ki, Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalı çərçivəsində 3 gün – iyunun 21, 22 və 23-də keçirilən və 14 idman döyüş növü (karate (WKF, şotokan, kyokşin, ənənəvi), uşu, kun-fu, “Savat”, Çin döyüş növləri və s.) üzrə idmançıların güclərini sınadığı yarışlarda 27 idman təşkilatından 2100 idmançı (uşaq, yeniyetmə və gənclər) iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031