İcra başçısı Milli Qəhrəmanın ailəsini ziyarət etdi

28.06.2024 - 12:27

Ölkə başçısı İlham Əliyevin müvafiq göstərişlərinə əsasən respublikamızın hər yerində olduğu kimi Gəncədə də dövlət qurumları mütamadi olaraq şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşür, müraciətlərini dinləyir, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görür.
Niyazi Bayramov özü də Qarabağ qazisi olduğundan qazilərə, şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı göstərir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi müəllim öz səlahiyyətləri çərçivəsində bu kateqoriyadan olan insanlara hər cür köməklik göstərir.

Ona görə də Niyazi Bayramov bir icra başçısı kimi bütün müsbət insani keyfiyyətlərinə görə hər kəsin, eləcə də Gəncə şəhər sakinlərinin böyük hörmətini qazanıb.
Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailəsini ziyarət edib.

Niyazi Bayramov Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə görüşərək qeyd etdi ki, Azərbaycan xalqı həm I Qarabağ savaşı, həm də Vətən müharibəsində qəhrəmanlıq göstərərək, adını tarixə yazdıran igid oğullarımızla fəxr edir. Belə qəhrəmanlardan biri də Natiq Qasımovdur. O, xalqımızın şanlı tarixində iz qoyan igidlərimizdəndir.

Dursun Qasımova övladının keçdiyi döyüş yolundan danışıb, onun igidliyindən, mərdliyindən söz açıb.
Milli Qəhrəmanın anası övladının əziz xatirəsinə göstərilən ehtirama görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib.
Eyni zamanda, Niyazi Bayramov Milli Qəhrəmanının anası Dursun Qasımovanın səhhəti və problemləri ilə maraqlanıb, bununla bağlı aidiyyəti qurumlaraa müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanaraq “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb.
Xatırladaq ki, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

25 İyun 2024-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

ELÇİN CAVADOV,
Gəncə Dövlət Universitetinin dosenti,
texnika elmləri doktoru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201993

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031