Milyonluq tenderlərin qalibi olan dərman şirkətinin mühüm sənədi yoxa çıxıb

13.07.2024 - 15:01

“Sedef Pharma” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühüm sənədləri itib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətə məxsus dərman vasitələrinin topdan satışı fəaliyyətinə aid lisenziya əlavəsi yoxa çıxıb.

2017-ci ildə şirkətə verilmiş icazə sənədinin hansı şəraitdə itməsi məlum deyil. Lisenziya əlavəsi itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, dərman vasitələrinin satışı ilə məşğul olan “Sedef Pharma” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Babayev Rəhim Vaqif oğludur. Şirkət dəfələrlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibb müəssisələri üçün dərmanların satın alınması ilə bağlı elan etdiyi milyonluq tenderlərin qalibi olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=202891

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031