Ağstafada “Gənc Debatçılar və Natiqlik Akademiyası” layihəsinin Açılış mərasimi baş tutub

19.07.2024 - 22:35

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin Qalibi Ayşən Tağızadənin rəhbərliyi ilə Ağstafa rayonunda “Gənc Debatçılar və Natiqlik Akademiyası”  layihəsinin Açılış mərasimi baş tutub. Layihədə tərəfdaşlarla yanaşı qonaq müəssisələrdə dəvət olunub. 

Ağstafa Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Leyla Zeynalova, Qazax-Tovuz Regional Gənclər və idman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman  sektorunun müdiri Turan Hüseynov, Gənclərin İnkişaf Və Karyera Mərkəzinin Ağstafa bölməsinin əməkdaşı Lalə Quliyeva iştirak edib. Layihədə 33 nəfər 14-25 yaş aralığında olan gənclər iştirak edir. Açılış mərasimindən sonra, Vətəndaş Cəmiyyətində Debat (DVC) İdarə heyətinin üzvü Nurlan Abbasov  layihənin ilk günü  Natiqlik eyni zamanda Debat oyunu haqqında ilkin anlayış gənclərə aşılanıb. Layihə Ağstafa -Qazax və digər ətraf rayon gəncləri üçün təşkil olunmuşdur. Layihədə əsas məqsəd Gənclər arasında düşünmə bacarığını inkişaf etdirəcək, onlarda təhlil etmə və fikirlərini dolğun şəkildə ifadə etmə bacarığını formalaşdıracaq. Layihənin keçirilməsində əsas məqsəd regionda natiqlik və debatın inkişaf etdirilməsi, onlarda auditoriya qarşısında çıxış bacarığının formalaşdırmaqdır.

Layihənin sonuncu – üçüncü günündə isə həm natiqlik, həm də debat oyunu üzrə yarışlar təşkil olunub. Natiqlik üzrə Kamilə İsayeva, Nuray Yaqubova və İlkin Quliyev müvafiq olaraq ilk üç yeri tutublar. 

Debat oyunu üzrə hər birinin tərkibində 3 gənc olan 4 komanda mübarizə aparıb. Komandalardan “Qarabağ” I, “Turan” II, “Xarıbülbül” isə III pillədə qərarlaşıb. Yekunda qalib gənclər kubok, medal və sertifikatlarla təltif olunublar. 

Short URL: http://www.cumhuriyyet.net/?p=203017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31