Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır!
Bakı İdman Sarayında yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) rəhbər heyəti ilə MMA “Pankration Grappling” Federasiyasının prezidenti Azad Əsgərov və federasiyanın vitse-prezidenti Hüseynəli Abbaslı ilə görüş keçirilib.
Tədbirdə Zeyd Döyüş Mərkəzinin fəaliyyət istiqamətləri, habelə Azərbaycanda MMA döyüş növünün kütləviliyinin artırılması, yerli və beynəlxalq yarışların keçirilməsi, Azərbaycanı Dünya və Avrova çempionatlarında layiqincə təmsil edəcək idmançıların yetişdirilməsi və s. məsələlər müzakirə olunub.
Qeyd edək ki, tədbirdə Zeyd Döyüş Mərkəzinin rəhbərliyinin yeni heyəti də elan edilib.
Belə ki, Vüqar Tağıyev Mərkəzin prezidenti, Yavər Hüseynov vitse-prezident, Vüqar Hacıyev baş katib, Cavid Əliyev yerli əlaqələr üzrə müşavir, Vüqar Kərimov isə beynəlxalq əlaqələr üzrə müşavir olaraq müəyyən edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=203379