Pakistan Azərbaycanla hərbi əməkdaşlıq edəcək

31.03.2015 - 20:20

87198Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Pakistan işçi qrupunun görüşü davam edib.
ANS PRESS-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Pakistanın mövqeyinin dəyişilməz olduğunu bildirib.
Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əməkdaşlıq planına daxil edilib.
Görüşün sonunda ikitərəfli hərbi əməkdaşlıq barədə protokol imzalanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=20484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728