Bakıda parkda qızla öpüşən oğlanı öldürən gəncə ağır cəza

04.04.2015 - 16:23

bicaq1Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Fərrux Zeynalovun (1996-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb. Ötən il martın 12-də Yasamal rayonu İ.Qutqaşınlı küçəsi, 85 ünvanda Fərrux Zeynalov münaqişə zəmnində paytaxt sakini Elçin Dəmirova (1987-ci il təv.) döş qəfəsi nahiyəsindən bıçaqla üç xəsarət yetirib. Ağır yaralanan gənc Kliniki Tibbi mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Səhərisi gün şübhəli şəxs Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim edilib.

İstintaqla müəyyən edilib ki, həmin gün Fərrux Zeynalov parkda məşq etdiyi zaman, Elçin Dəmirovun oturacaqda bir qızla əyləşib, öpüşdüyünü görüb və bunu sonuncuya irad tutub. Zeynalov parkın yaşadığı əraziyə yaxın olduğunu, oradan qohum və qonşuların keçdiyini bildirib. O, Elçinə qızla başqa yerdə görüşməsini məsləhət gördükdə, Dəmirov bundan əsəbiləşib və Fərruxu söyüb. İlk söz mübahisəsi aralarında orada baş verib, bir qərara gələ bilməyən tərəflər mübahisəyə aydınlıq gətirmək üçün başqa yerdə görüşmək barədə razılığa gəliblər. Axşam saat 16 radələrində görüşərkən onlar mübahisəyə sülh yolu ilə son qoya bilmədiklərinə görə dava başlayıb, nəticədə üzərində olan bıçaqla Fərrux Elçinə zərbələr endirib və hadisə yerindən qaçıb.

Məhkəmə prosesində F.Zeynalov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Elçin Dəmirovu qəsdən vurmadığını, sadəcə onun fiziki cəhətdən güclü olduğunu anladığı üçün əlini bıçağa atdığını bildirib və əməlindən peşman olduğunu qeyd edib. Zərərçəkmişin hüquqi varisi ifadə verərək, Zeynalova ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. (oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=21271

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031