Rektorun döyülən qızı tanınmış filosofu kakain düşkünü və seksual manyak kimi təqdim edir – VİDEO

09.04.2015 - 01:04

rrRektorun döyülən qızının növbəti videosu arxivdə yer alıb. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının psixoloq qızı Ülkər İsayeva ikinci mühazirəsində Ziqmund Freydin nəzəriyyələrindən danışıb. Ü.İsayeva geniş çıxışında qeyd edib ki, o dövrlərdə Freyd anormal adam kimi qəbul olunurdu: “Deyirdilər ki, Freyd seksual manyak idi. Onun narkoman olduğunu iddia edirdilər. O, həyatı boyu kokaindən istifadə edib, xəstələrinə də müalicə kimi kokaini yazırdı. Çünki o dövrdə bu maddə qadağan deyildi. İnsanlar deyirlər ki, kokainin qəbulunun təsiri idi ki, Freyd bu cür nəzəriyyələr irəli sürürdü. Kokain mərkəzi sistemi aktivləşdirir, iştahı artırır, yuxunu yaxşılaşdırır. Filosof da özünü rahat hiss etmək üçün bundan istifadə edirdi. O, bir yazısında kokaini möcüzəvi dərman adlandırmışdı”.
Ü.İsayeva Freydin psixoanalizində uşaqlıq instiktlərindən danışıb: “Freydin dediyinə görə, oğlan atası kimi olmaq istəyir. Ata üzünü qırxırsa, o da qırxmaq istəyir. Qız isə anası kimi paltarını geyinib gəzməyə başlayır ki, atası ona baxsın. Başqa bir nəzəriyyəsində yazır ki, qız uşaqları kişilərin cinsiyyət orqanına həsəd aparır. Bu, o dövrdə ziddiyətlə qarşılanıb. Hətta feminist qadınlar bunu alçaldıcı nəzəriyyə hesab ediblər”.
Xatırladaq ki, martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində Ülkər əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülüb. Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı mətbuata açıqlamasında övladının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın Katya adlı qız olduğunu bildirib.(axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=21859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728