Türkiyə – Vatikan arasında diplomatik müharibə
Türkiyə Vatikandakı səfirini geri çağırıb. ANS PRESS-in məlumatına görə, bu Roma Papası Franksisin ermənilərin qondarma iddiasına dəstək olaraq “soyqırım” ifadəsini işlətməsindən sonra baş verib.
Rəsmi Ankara bildirib ki, səfir Məhməd Paçacı hökumət rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün vətənə qayıdır.
Rəsmi Ankara Roma Katolik Kilsəsinin Türkiyədəki nümayəndəsinə dərin təəssüf hissi keçirdiyini və papanın bu addımının Vatikanla münasibətlərdə inamsızlıq yaratdığını bildirib.
Ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.
Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.
Birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyası tərəfindən törədildiyi iddia edilən soyqırım Türkiyə hökuməti tərəfindən tanınmır. Rəsmi Ankara tarixin yenidən araşdırılması üçün ermənilərə arxivlərin açılmasını təklif etsə də, ermənilər təklifləri qəbul etmirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=22337