8-ci sinif qızlarına rəqsə görə cinayət işi açıldı – VİDEO

12.04.2015 - 01:21
rrRusiyanın Orenburq vilayətindəki “Kredo” rəqs məktəbindəki bayramla bağlı qalmaqal davam edir. Bununla bağlı milli.az-a xəbər verir ki, valideynlərin və vilayət təhsil şöbəsinin əməkdaşlarının da dəvət olunduqları bayram zamanı səhnəyə 7, 8, 9 və 10-cu siniflərdə oxuyan qızlar çıxıblar. Onlar “arı” kostyumlarında olublar. Ssenariyə görə, bu “arı”lar onların yuvalarına hücum etmiş ayı Vinni-Puxu sancmalı, qovmalı idilər.
Lakin “arı”lar səhnəyə çıxanda “tverkinq” adlı erotik rəqsi ifa etməyə başlayıblar.  Qalmaqaldan sonra “Kredo”nun rəhbərliyi qızlara tverkinq yox, klassik rəqslər və xoreoqrafiya öyrədiləcəyini bildirib. Məktəbin direktoru Tatyana Reznitskaya isə deyib: “Axı burada nə var ki, belə səs-küy qopub? İnternetdə daha açıq-saçıq videolar var. Uşaqlar sadəcə, səhnəyə çıxaraq dəbdə olan rəqsi ifa ediblər”.
Orenburq vilayət prokurorluğu isə baş verənləri “sadəcə, rəqs” saymayıb və biabırçı olayla bağlı cinayət işi qaldıraraq istintaqa başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=22500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728