QHT sektorunda qanunvericiliyin hüquqi analizi haqda kitab – “Birləşmək Azadlığı”

15.04.2015 - 00:18

rrHüquqşünas Ələsgər Məmmədlinin elmi-hüquqi arqumentlərlə zəngin olan sayca 23-cü kitabı nəşr edilib. QHT qanunvericiliyinin hüquqi analizini özündə əks etdirən “Birləşmək Azadlığı” adlı bu kitabda Azərbaycanın QHT qanunvericiliyinin geniş hüquqi analizi aparılıb.
2000-ci ildən bəri bir təşəbbüslə ən çox dəyişikliyə məruz qalan Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununa 22 fərqli dəyişiklik və əlavələr, həmçinin 4 fərqli məhdudlaşdırıcı maddənin əlavə edilməsinin aydın hüquqi izahı yer alıb.
Dəyişiklik və əlavələrin böyük əksəriyyətinin məntiqi nəticəsi qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraltmaq, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nərarətçı funksiyası həyata keçirən QHT-lərin fəaliyətini tamamilə dayandırmaq və ya minimuma endirmək olmuşdur.
Müəllif dəyişikliklərin hər birinin sıra ilə mahiyyətini açmaqla, hüquqa uyğunluğunu, legitimliyini müzakirəyə təqdim etməklə qanun qoyucunun gerçək məqsədini çox aydın ortaya çıxarıb.
Kitab azərbaycan və ingilis dilində nəşr edilməklə həm ölkə oxucuları, həm də beynəlxalq ictimaiyyət üçün çox qiymətli vəsaitdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=22542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728