Həştərxan şəhərində “Xəzər mükafatı – 2015” tədbiri

21.04.2015 - 22:05

rrHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən Rusiyada və dünyanın bir çox ölkələrində müxtəlif səpgidə mədəni-kütləvi tədbirlər uğurla həyata keçirilir.
Qeyd olunan tədbirlər çərçivəsində RAGT-in Həştərxan bölməsi növbəti addımı ataraq, Həştərxan şəhərində 17 aprel 2015-ci il tarixində Həştərxan şəhəri Administrasiyası ilə birgə “Xəzər mükafatı – 2015” mükafatının təqdim etmə mərasimini keçirmişdir.
Tədbirin keçirilməsinin məqsəd və məramı Həştərxan vilayətində mətbuat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələrinin sahələri üzrə fərqlənmiş şəxslərə mükafatların təqdim edilməsi, həmçinin gənclər arasında düzgün və sağlam həyat tərzinin təbliğatı ilə bağlı olmuşdur.
Heydər Əliyev parkının yaxınlığında yerləşən “DAİR” istirahət mərkəzində baş tutmuş təltifetmə mərasiminə Həştərxan vilayəti və şəhəri Administrasiyalarının rəhbərləri, RAGT-in sədri və üzvləri, Həştərxan vilayətinin fəal tələbə gəncləri qatılmışlar. Eləcə də bu tədbirdə Azərbaycan Respublikasından dəvət olunmuş qonaqlar, Nərimanov Rayon İcra hakimiyyətinin nümayəndələri, “haqqin.az” saytının baş redaktoru E.Fətullayev və müğənni E.Babazadə də iştirak etmişdir.
Musiqi ilə müşayiət olunan tədbirdə müxtəlif nominasiyalar üzrə mükafat və hədiyyələr qalib çıxmış şəxslərə təqdim edilmiş, Azərbaycandan bu mükafata müğənni Elvin Babazadə layiq görülmüşdür.
Müxtəlif nominasiyalar üzrə mükafatları Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.Afanasyev, Həştərxan şəhər Dumasının sədri Y.Semeonova, şəhər Administrasiyasının başçısı O.Polumordvinov, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, “haqqin.az” saytının baş redaktoru E.Fətullayev təqdim etmişlər.
Yüksək səviyyədə keçirilmiş, şəhər sakinlərinin böyük maraq və sevinclə izlədiyi bu tədbir öz rəngarəngliyi ilə hələ uzun müddət onların xatirələrindən silinməyəcəkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=23194

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031