Günəşin maqnit fırtınası Yerə çatdı

24.06.2015 - 00:08

rrBazar günü Günəşdən fəzaya atılan bir neçə qaynar nəhəng plazma buludu dünyaya çatıb. Nəticədə, G4 sinfinə mənsub güclü geomaqnit qasırğası yaradıb. Publika.az xəbər verir ki, Amerika Milli Okean və Atmosfer İdarəsi (NOAA) iyunun 21-də Günəşdə meydana gələn partlamanın təsirinin dünən günorta saatlarında yerə çatdığı barədə açıqlama verib. Nəticədə, enerji şəbəkələri ilə GPS sistemləri arasında problemlər yaranıb. Qütb bölgələrində parlaq Auroralar (qütb işıqları) müşahidə edilib.

NOAA mütəxəssisləri günəşdə fəaliyyətin çox güclü olduğunu və radiasiya fırtınasının təxmin ediləndən daha sürətli şəkildə dünyaya çatdığını bəyan ediblər. Onlar bunu 2005-ci il sentyabrdan sonra baş vermiş ən şiddətli partlayış kimi dəyərləndiriblər.

NASA-nın kosmik gəmisi həmin günəş partlayışını qeydə alıb. Günəş fırtınası güclü radiasiya partlayışları ilə müşahidə edilir. Zərərli radiasiya dünyaya çatsa da, atmosferi keçə bilmir və insanlara fiziki təsir etmir. Lakin rabitə kanallarında kəsintilər meydana gəlir.

Gülxar

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27036

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031