…Güldür Lənkəran…

29.06.2015 - 00:20

lenkoran…Dəmirağac əzmi, Xanbulan tacı
Xəzər güzgüsüdür, gül bağı saçı,
Oxuyan dilidir Qızıl ağacı,
Rastı, çahargahdı, şurdu Lənkəran.

Yaşıl çay kolları, limon, naringi…
Hayana baxırsan sərgidi, sərgi,
Gözəllik qızlarda ilahi vergi,
Nanədi, reyhandı, güldü Lənkəran…
(Həbib Səfərov)
Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhəri günü-gündən abadlaşır, daha da gözəlləşir. Gözəl təbiəti, yamyaşıl meşələri, tarix-mədəniyyət abidələri ilə zəngin olan rayonda habelə bir-birindən gözəl simvolik abidə və mədəniyyət nümunələri var. Cənub mirvarisi Lənkəran da turistlərin daha çox axın etdiyi rayonlar sırasındadır. Əsasən isti yay aylarında Lənkərana gələn əcnəbi qonaqlar şəhərimizi qarış-qarış gəzib milli mədəni dəyərlərimiz, tarixi abidələrimiz və digər mədəniyyət nümunələrimizlə tanış olurlar. Onların diqqətini çəkən əsas simvollardan biri də şəhərimizin girişində yerləşən Lənkəranın əzəli çay şöhrəti ilə adı bir çəkilən samovardır.Əsrarəngiz təbiəti ilə turistlərin maraq dairəsinə çevrilən Lənkəranımızda tunc samovar maketinin qoyulması əslində rayon əhalisinin qonaqpərvərliyini sübut edir.
Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhər var. Buranı «Cənub mirvarisi, qızıl Lənkəran» adlandırırlar.Yamyaşıl meşələr, baş-başa vermiş dağlar, mavi Xəzər təbiətin Lənkərana bəxşişidir.Seyrindən doymadığımız Hirkan Milli Parki və Qızılağac qoruğu, buz bulaqlar, İstisu qaynar bulaqları onun inciləridir.Bu dilbər güşə rayonun icra başçısı T.Qaraşovun rəhbərliyi və lənkəranlıların zəhməti ilə daha da abadlaşir, gözəlləşir. Bu gözəllikləri isə ancaq görmək, duymaq, yaşamaq lazımdır…
Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır.Rayonun ərazisi 1539 km2-dir. Onun 66700 hektarını quru sahə təşkil edir.Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır.Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir.
Lənkəranda quşlar gecələr oxuyur. Bir balaca istedadı, yazmaq qabiliyyəti olan kəs heç vaxt gözəlliklərlə dolu olan bu məskəni qoyub başqa yerə getməz. Cənub bölgəsinin uca dağları, yaşıl ormanları,bir sözlə, bütün təbiəti başdan-ayağa poeziyadır, şeirdir, yaradıcılıq cövhəridir. Ona görə də burada yaşayıb-yaradan qələm sahiblərinin əsərlərində məkanın təbii gözəllikləri daha vüqarla boy göstərir.
…Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinin qərarı ilə şəhər, qəsəbə və kəndlərdə fevralın 20-dən martın 20-dək “Yaşıllaşdırma aylığı” keçirilir. Kampaniya artıq kütləvi xarakter alıb.Ardıcıl ümumrayon iməcilikləri keçirilir.Ərazilərdə əhalinin iştirakı ilə səliqə-sahman yaradılır, park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağaclar, həmişəyaşıl, dekorativ kollar əkilir.Hər tərəfdə əsl yaz ab-havası duyulur.rr
İməciliklər bir qayda kimi icra aparatı işçilərinin iştirakı ilə keçirilir. İnzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi, Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər təşkilatlar yaşıllaşdırma aylığında fəallıq göstərirlər.
Ötən il ölkə iqtisadiyyatında davam edən artım Lənkəran rayonunun da inkişafının sürətlənməsinə təsir edib. Bütün sahələr üzrə yüksək nəticələr əldə olunub. Cənab İlham Əliyevin sentyabrın 5-də Lənkərana səfəri zamanı açılışları olmuşdünya standartlarına tam cavab verən içməli su xətti, çox mühüm sosial-mədəni əhəmiyyətə malik yaraşıqlı Gənclər Mərkəzi, minlərlə insanın çoxillik arzusu olmuş Lənkəran-Vilvan-Osakücə-Türkəncil magistral avtomobil yolu, müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.
Ötən il Lənkəranda 125956 ton tərəvəz istehsal edilib. Taxıl istehsalı əvvəlki ilə nisbətən 12,3 faiz artıb. 5256 ton kartof, 1812 ton bostan məhsulları, 17025 ton meyvə, 135,4 ton yaşıl çay yarpağı istehsal edilib.
Meyvə bağları içərisində subtropik və sitrus meyvələri xüsusi yer tutur. Rayonda 121 hektar çay sahəsi bərpa olunub. Ümumilikdə son il ərzində rayon üzrə 263 hektar sahədə həm yeni çay sahələri salınıb, həm də köhnə sahələr bərpaedilib. Əhalinin ilboyu kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında istixana təsərrüfatlarının böyük əhəmiyyəti var. Qışla “dostyana” ayrılan Lənkəranda əhalinin elektrik enerjisi və təbii qazla fasiləsiz təchizatı təmin edlib. Artıq rayonun 57 yaşayış məntəqəsi təbii qaz alır. Bu da əhalinin 80 faizi deməkdir. İlin sonunadək daha 15 yaşayış məntəqəsininqazlaşdırılması nəzərdə tutulub. Ötən il Vilvan kəndində 640 yerlik orta məktəb və şəhər 5 saylı uşaq bağçası üçün 110 yerlik bina tikilib. Hazırda daha 11 məktəbin tikintisinə başlanıb. Şəhər 2 saylı orta məktəbin əsaslı təmiri başa çatmaqüzrədir. Prezidentin tapşırığı ilə Lənkəran Olimpiya İdman Kompleksi yenidən tikilir. İstifadəyə veriləndən sonra bu kompleks beynəlxalq standartlara tam cavab verən idman mərkəzinə çevriləcək.Tarix diyarşünaslıq muzeyinin yerləşdiyi Xansarayı uzun illər ərzində əsaslı təmir olunmamışdı. Cənab Prezidentin tapşırığı ilə Xan sarayının əsaslı təmir olundu.
Turizm infrastrukturu xeyli yaxşılaşıb. Rayonda xüsusi razılıq lisenziyası almış 11 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Artıq yeni beşulduzlu mehmanxananın tikintisi gedir. Lənkərana gələn turistlərin sayı əvvəlkiillərə nisbətən çoxalıb.rr
Lənkəranda, yəni bu Cənub bölgəmizdə də ölkə prezidentinin tələblərinə diqqətlə yanaşılır və onun yerinə yetirilməsinə çalışırlar. Biz bu bölgədə olarkən ilk öncə şəhərdəki, küçədəki yollara, ümumiyyətlə Lənkəranda aparılan tikinti-abadlıq işlərinə diqqət yetirdik. Bir az da dəqiq desək, görülən işlər, abadlıq özü bizim diqqətimizi çəkdi. Bir qəribə deyim var. Belə deyirlər ki, “abad kənd yolundan tanınar”. Məhz Lənkəranda küçə və yolların abadlaşdırılması və bu məqsədlə də xüsusi bir plan hazırlanması son dərəcə diqqətçəkəndir. Təsadüfi deyil ki, bölgənin yollarını abadlaşdırmaq, çaylar üzərində körpülər tikmək, eləcə də zəruri olan yerlərlə keçidlərin inşa edilməsi bu gün Lənkəranda heç kimi təəccübləndirmir və adamlar bilirlər ki, ölkə rəhbərliyinin və yerli icra strukturlarının məqsədi onların qayğısına qalmaqdır.

Bəli, bu gün turistlərin davamlı olaraq üz tutduğu Lənkəranda hər kəsin istirahət edə biləcəyi və tələbatını ödəyəcək keyfiyyətdə olan 5 hotel, həmin sayda istirahət mərkəzi, çoxlu poçt və elektron tipli ATS-lər fəaliyyət göstərir. Bax, bu tikinti-abadlıq da Lənkəranın simasını hər gün dəyişir, hər gün gözəlləşdirir. Gözəlləşən Lənkəranda tikilən körpülər, eləcə də genişləndirilən, davamlığı artırılan yollar da öz növbəsində əlavəbir rahatlıq, dinclik gətirir.
Təbii ki, paytaxda, eləcə də böyük şəhərlərdə bölgələrə nisbətən iş və iş yerləri çox böyükdür. Lakin Azərbaycan prezidentinin imzaladığı Regionların İnkişafına dair Dövlət Proraqımının layihəsi çərçivəsində bugün Lənkəranda xeyli iş yeri açılmışdır.Həmin iş yerləri həm regionda sosial durumu yaxşılaşdırıb, həm də regionun iqtisadi gücünü, qüdrətini artırır. Təkcə onu xatırlatmaq lazımdır ki, Lənkərandakı tikiş fabriki, çayfabriki, konserv zavodu öz məhsulları ilə artıq istehsal olunduğu bölgənin sərhədlərini çoxdan keçib. Təbii Lənkəran çayının sorağı çox-çox uzaqlara gedib çatıbdır. Deməli, bu müəssisələrdə çalışan insanların qabiliyyəti,gücü öz bəhrəsini veribdi.
Onu da xatırladım ki, Lənkəranda aparılan tikinti, təmir işlərində çalışan insanların da sosial durumu yaxşılaşmaq istiqamətində irəliləyir. Yəni, yolların, körpülərin, binaların, eləcə də digər obyektlərin tikintisində çalışan əmək adamları öncədən zəhmətlərinin haqqını ala biləcəklərinə tam əmindirlər. Elə şəhərin xüsusi yaraşığından biri olan Heydər Əliyev prospektindəki mənzərələri seyr etmək bu bölgədə işlərin necə getməsini hər kəsə özü-özlüyündə deyir.rr

Bu gün Lənkərandakı Heydər Əliyevin adını daşıyan, Ulu Öndərimizin xidmətlərini hər gün nəzərə çarparaq xatırladan xatirə parkında yerli sakinlərin və qonaqların istirahəti üçün kifayət qədər işlər görülmüşdür.Həmin işlərin sırasında yaşıllaşdırma, müxtəlif qurğuların qurulması, fəvvarə, müasir elektrik dirəkləri və digər zəruri işlər çox yüksək bir səviyyədə görülmüşdür. Diqqətçəkən məqamlardan biri də odur ki, Lənkəranda görülən bütün işlərə yerli icra strukturlarının rəhbərləri, ziyalılar, ağsaqqalar diqqətlə yanaşır, çatışmazlıqların dərhal və yerində aradan qaldırılmasına öz töhfələrini verirlər.
Azərbaycan prezidentinin məlum qərarından, yəni “Regionların İnkişafına dair Dövlət Proqramı”ndan çıxış edən Lənkəran rəhbərliyi də bu qədim torpağın öz ənənələrini yaşatmaqdan, uğurlarını artırmaqda əlindən gələni əsirgəməmişdi. Təsadüfi deyil ki, bölgənin su yataqları, təbii sərvətləri burada həyatın daha da qaynar olmasına, istər kənd təsərrüfatının, istər sənayenin inkişaf etdirilməsinə həmişə müsbət baxımdan öz köməyini göstərib. Elə buna görə də Lənkəranın təbii sularından, meşə zolaqlarından, zəngin bitki örtüyündən lazımınca istifadə etməklə yerli sakinlərə geniş imkanlar açır.

Kürəyini yamyaşıl dağlara söykəyib, ayağını Xəzərin ləpələrində yuyan “cənub mirvarisi” Lənkəran indilər daha da cazibədar görünür. Yay Günəşi sularda, aynabəndlərdə bərq vurur, dağlardan əsən sərin meh havanı ətirləndirir. Lənkərana dincəlməyə, təbiətlə candaş olmağa gələnlərin sayı-hesabı bilinmir. Yüksək zövqlə yaradılmış müasir istirahət mərkəzləri turistlərlə doludur. Bu qədim diyar cənub bölgəsinin şəriksiz tarixi, mədəni, elmi mərkəzi, mayakıdır. Elə müsafirləri cəlb edən də bu amillərdir.
Ölkəmizin subtropik “paytaxt”ıdır Lənkəran. Dumanı, yağışı-yağmuru başından əskik olmur. Ormanları hər fəsildə bir dona girir. Elə bu qış günlərində bəyaz örpəyinin altından yaşıl cığaları görünən çöllər əsrarəngiz tabloları xatırladır.
Qala-abidələr, təbiət qoruqları Lənkəranın sanbalını qat-qat artırır. Tarixin üz “qırış”ları yurdun qədimliyindən soraq verir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tunc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiqləyir. Əsas karvan yollarının üstündə yerləşməsi Lənkəranın tarixi inkişafını şərtləndirib…

İdarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşov Lənkərana icra hakimiyyəti başçısı təyin ediləndən sonra burada bütün sahələrdə xüsusi bir canlanma yarandığı müşahidə olunmağa başlayıb.İndi Lənkəranda hər kəs vəzifə borcuna daha böyük məsuliyyətlə yanaşır, etimadı konkret əməli işləri ilə doğrultmağa çalışır.Çünki tələb belə qoyulub.
Şəhərdə Azərbaycanlıların Soyqırımı parkı, Milli Qəhrəman Əsgər Əliyev adına park, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidə kompleksi yenidən qurulub, dekorativ ağac və kollar əkilib, yaşıllıqlar üçün suvarma şəbəkəsi yaradılıb, artezian quyuları qazılıb. Əraziyə tamet üzlüklər, səki daşları düzülüb, müasir işıqlandırıcılar çəkilib. Milli Qəhrəman Əsgər Əliyev adına parkda müasir dizaynda mənzərəli fəvvarə quraşdırılıb.
Lənkəran şəhərindəki Q.Vəliyev adına mədəniyyət mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2014-cü il aprel ayının sonlarından təmirə saxlanmış mərkəzdə ötən müddətdə binanın iç hissəsindən başlayaraq damı, tavanı və həyəti ən müasir şəkildə yenilənib, fasadı keyfiyyətli tikinti materialları ilə yenidən üzlənib. Şəhərin qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyində (Xan evi) əsaslı təmir-bərpa işləri başa çatıb.
Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilir. Cari tədris ilinin başlanması ilə əlaqədar şəhər 8 saylı, Qurunba, Yuxarı Nüvədi, Daşdalığjar, Tütəpeştə, Xanbulan, Bəliton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib, şəhər 2 saylı tam orta məktəbi əsaslı təmir edilib. Darquba kənd tam orta məktəbinin tikilib istifadəyə verilib.
Şəhərin bütün mərkəzi küçələrində müasir işıqlandırıcılar quraşdırılıb. Şəhidlər Xiyabanı küçəsi şəhidlərin adına layiq şəkildə yenidən qurulub, ərazidəki avtomobil körpüsü genişləndirilərək əsaslı bərpa olunub, xiyaban boyunca hər iki tərəfdə səkilər tikilib, yan daşlar düzülüb, müasir işıqlandırıcılar quraşdırılıb, küçə boyu milli ornamentli divarlar hörülüb.
Şəhərin giriş hissəsindəki Göyşaban kəndi ərazisində yaradılmış yaşıl təpələr, “Ləvəngi”, Gərmətük yol dairələrindəki mənzərəli guşələr, magistral yollar boyunca milli ornamentli barılar ən tələbkar turistləri belə heyran edir.Bunların araya-ərsəyə gəlməsi üçün gərgin əmək sərf olunduğu şəksizdir.
Göyşaban kəndinədək uzanan Heydər Əliyev prospekti boyunca, Beynəlxalq Hava limanına gedən yolda ornamentli hasarlar hörülüb. Dəmiryol vağzalı ərazisində barılar təmir edilib, ağ laylarla üzlənib və əraziyə tamet döşənib, piyadalar üçün səkilər qurulub. Bakı-Astara magistral yolu boyunca rayonun Qumbaşı kəndindən Hirkan qəsəbəsinə qədər olan ərazidə də divarlar, hasarlar suvanaraq rənglənib, təzələnib.
Hazırda Lənkəran şəhərində, qəsəbə və kəndlərdə abadlıq, quruculuq və səliqə-sahman işləri davam etdirilir.Qışa hazırlıq üzrə tədbirlərin yerinə yetirilməsi rayon rəhbərliyinin ciddi nəzarətindədir.

“Regionların İnkişafına dair Dövlət Proqramlarının” icrası istiqamətində ölkəmizin hər yerində olduğu kimi Lənkəran rayonunda da geniş miqyaslı abadlıq- quruculuq işləri həyata keçirilir.Azərbaycan prezidentinin məlum sərəncamından sonra yəni Taleh Qaraşovun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunandan sonra onun rəhbərliyi ilə bu qədim torpaq günbəgün gözəlləşir, yeni görkəm alaraq öz mənzərəsini dəyişir.

ŞABAN ŞƏFİYEV
Lənkəran, AJB-nin üzvü, “Qızıl Qələm” mükafatının lauriyatçısı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27341

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930